О признании Азербайджанской Республикой государственной независимости Словацкой Республики
Release date: 27.01.1993
Azərbaycan Respublikası Milli Məclisi
Azərbaycan Respublikası tərəfindən
Slovakiya Respublikasının dövlət müstəqilliyinin
tanınması barədə
Qərar № 480
Bakı şəhəri, 27 yanvar 1993-cü il
Azərbaycan Respublikasının Milli Məclisi Çexiya və Slovakiya Federativ Respublikasının dövlət kimi mövcudluğunun dayandırılması haqqında Çexiya və Slovakiya Federativ Respublikasının Federal Məclisi tərəfindən 1992-ci il noyabrın 25-də qəbul edilmiş qanunu və bu qanuna uyğun olaraq 1992-ci il dekabrın 31-də Çexiya və Slovakiya Federativ Respublikasının bir dövlət kimi süqut etməsini və Slovakiya Respublikasının yaranmasını nəzərə alaraq, Azərbaycan Respublikasının sülhsevər xarici siyasət yeritməsini əsas götürərək qərara alır:
Azərbaycan Respublikası Slovakiya Respublikasının dövlət müstəqilliyini tanıyır, onu dünya birliyinin bərabər hüquqlu üzvü kimi qəbul edir və onunla diplomatik, siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar əməkdaşlıq etməyə hazır olduğunu bildirir.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV.
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 yanvr 1993-cü il, № 18) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc olunmuşdur (1993-cü il, № 2 (879), maddə 57) («LegalActs» LLC).
© LegalActs LLC