Об открытии посольства Азербайджанской Республики в Республике Грузия (г.Тбилиси)
Release date: 27.01.1993
Azərbaycan Respublikası Milli Məclisi
Gürcüstan Respublikasında (Tbilisi
şəhərində)
Azərbaycan Respublikası səfirliyinin
açılması haqqında
Qərar № 476
Bakı şəhəri, 27 yanvar 1993-cü il
Azərbaycan Respublikasının Milli Məclisi «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına, Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dostluq və mehriban qonşuluq haqqında 1991-ci il 12 iyul tarixli müqaviləyə əsasən qərara alır:
1. «Diplomatik əlaqələr haqqında» 1961-ci il 18 aprel tarixli Vyana Konvensiyasının müddəalarına uyğun olaraq Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində Azərbaycan Respublikasının səfirliyi tə’sis edilsin.
2. Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin ki, səfirliyin təşkili və fəaliyyəti ilə bağlı tədbirləri həyata keçirsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV.
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 yanvr 1993-cü il, № 18) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc olunmuşdur (1993-cü il, № 2 (879), maddə 53) («LegalActs» LLC).
© LegalActs LLC