Gürcüstan Respublikasında (Tbilisi şəhərində) Azərbaycan Respublikası səfirliyinin açılması haqqında


Relizin Tarixi: 27.01.1993

Gürcüstan Respublikasında (Tbilisi şəhərində) Azərbaycan Respublikası səfirliyinin açılması haqqında

Azərbaycan Respublikası Milli Məclisi

Gürcüstan Respublikasında (Tbilisi şəhərində)
Azərbaycan Respublikası səfirliyinin
açılması haqqında

Qərar № 476

Bakı şəhəri, 27 yanvar 1993-cü il

Azərbaycan Respublikasının Milli Məclisi «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına, Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dostluq və mehriban qonşuluq haqqında 1991-ci il 12 iyul tarixli müqaviləyə əsasən qərara alır:

1. «Diplomatik əlaqələr haqqında» 1961-ci il 18 aprel tarixli Vyana Konvensiyasının müddəalarına uyğun olaraq Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində Azərbaycan Respublikasının səfirliyi tə’sis edilsin.

2. Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin ki, səfirliyin təşkili və fəaliyyəti ilə bağlı tədbirləri həyata keçirsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV.

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 yanvr 1993-cü il, № 18) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc olunmuşdur (1993-cü il, № 2 (879), maddə 53) («LegalActs» LLC).

© LegalActs LLC