О применении Закона Азербайджанской Республики «Об увековечении памяти погибших за Родину»


«Azərbaycan» qəzetində dərc edilmişdir (20 may 1999-cu il, № 114) «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 may 1999-cu il, № 5, maddə 304)

Release date: 09.01.2004

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2. Müəyyən edilsin ki:

    • «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci və beşinci hissələrində, 6-cı maddəsinin 1-ci hissəsində, 7-ci maddəsinin birinci və altıncı hissələrində və 8-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
    • həmin Qanunun 9-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayarkən «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununda göstərilən tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq xərcləri nəzərdə tutsun.

4. Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi üçün öz səlahiyyətləri daxilində lazımi tədbirlər görsün.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 14 may 1999-cu il

№ 134

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 may 1999-cu il, № 114) («LegalActs»).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 may 1999-cu il, № 5, maddə 304) («LegalActs»).

9 yanvar 2004-cü il tarixli, 12 nömrəli fərmana əsasən dəyişikliklərlə («LegalActs»).

© LegalActs