Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun ekspertlərinə ixtisas dərəcələrinin verilməsi Qaydasının təsdiq edilməsi barədə
«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, № 5, s. 91)
Release date: 14.11.2007
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun ekspertlərinə ixtisas dərəcələrinin verilməsi Qaydasının təsdiq edilməsi barədə
Əmr № 13-T
Bakı şəhəri, 22 aprel 2002-ci il
«Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə əmr edirəm:
1. Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun ekspertlərinə ixtisas dərəcələrinin verilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 14 iyun 2000-ci il tarixli, 93 ş/h №-li əmrlə təsdiq olunmuş «Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunda məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:
- 6-cı bənddə və 25-ci bəndin 2-ci abzasında «İnstitutun direktoru» sözləri «Ədliyyə Naziri» sözləri ilə əvəz edilsin;
- 7-ci bənddə «ekspertiza üzrə müavini» sözləri «ekspertiza işləri və elmi işlər üzrə müavinləri» sözləri ilə əvəz edilsin;
- 8-ci bənd çıxarılsın;
- 10-cu bəndin 2-ci abzasında «işləri» sözündən sonra «və ya elmi işlər» sözləri əlavə edilsin;
- 14-cü bəndin əvvəlinə aşağıdakı redaksiyada yeni cümlə əlavə edilsin:
«Komissiyanın iclası komissiya üzvlərinin azı 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli sayılır»;
- 15-ci bəndin ikinci cümləsi çıxarılsın və bu bəndə aşağıdakı redaksiyada yeni abzaslar əlavə edilsin:
«Komissiyanın qərarı onun əsasında tərtib edilmiş təqdimatla birlikdə Ədliyyə Nazirinə təqdim edilir.
Ekspert ixtisasının verilməsi və ya ekspert ixtisasından məhrum etmə haqqında komissiyanın qərarına əsasən Ədliyyə Naziri tərəfindən əmr verilir.»;
- 18-ci bənddə «kartoçkası» sözü «vərəqəsi» sözü ilə və «kartoçkaya» sözü «vərəqəyə» sözü ilə əvəz edilsin;
- 19-cu bəndin 1-ci abzasında «Ekspert ixtisas komissiyasının qərarına» sözləri «Ədliyyə Nazirinin əmrinə» sözləri ilə əvəz edilsin və 2-ci və 3-cü abzasları aşağıdakı yeni redaksiyada verilsin:
«Şəhadətnamə Ədliyyə Naziri və ya nazir müavini tərəfindən imzalanır, nazirliyin gerbli möhürü ilə təsdiq edilir.
Ədliyyə Nazirliyinin kadrlar xidməti məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrin qeydiyyatını aparır.»
- 3 №-li və 4 №-li əlavələr yeni redaksiyada verilsin (əlavə olunur).
- 5 №-li Əlavə qüvvədən düşmüş hesab edilsin.
3. Əmr elan edilməsi üçün Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitutuna göndərilsin.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 99 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Əsasnaməsi»
Azərbaycan Respublikasının Ədliyyə Naziri
I dərəcəli Dövlət ədliyyə müşaviri
F.F. MƏMMƏDOV
«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, № 5, s. 91) («LegalActs» LLC).
© LegalActs LLC