Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun ekspertlərinə ixtisas dərəcələrinin verilməsi Qaydasının təsdiq edilməsi barədə


«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, № 5, s. 91)

Relizin Tarixi: 14.11.2007

Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun ekspertlərinə ixtisas dərəcələrinin verilməsi Qaydasının təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun ekspertlərinə ixtisas dərəcələrinin verilməsi Qaydasının təsdiq edilməsi barədə

Əmr № 13-T

Bakı şəhəri, 22 aprel 2002-ci il

«Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə əmr edirəm:

1. Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun ekspertlərinə ixtisas dərəcələrinin verilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 14 iyun 2000-ci il tarixli, 93 ş/h №-li əmrlə təsdiq olunmuş «Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunda məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə»yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

    • 6-cı bənddə və 25-ci bəndin 2-ci abzasında «İnstitutun direktoru» sözləri «Ədliyyə Naziri» sözləri ilə əvəz edilsin;
    • 7-ci bənddə «ekspertiza üzrə müavini» sözləri «ekspertiza işləri və elmi işlər üzrə müavinləri» sözləri ilə əvəz edilsin;
    • 8-ci bənd çıxarılsın;
    • 10-cu bəndin 2-ci abzasında «işləri» sözündən sonra «və ya elmi işlər» sözləri əlavə edilsin;
    • 14-cü bəndin əvvəlinə aşağıdakı redaksiyada yeni cümlə əlavə edilsin:

«Komissiyanın iclası komissiya üzvlərinin azı 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli sayılır»;

    • 15-ci bəndin ikinci cümləsi çıxarılsın və bu bəndə aşağıdakı redaksiyada yeni abzaslar əlavə edilsin:

«Komissiyanın qərarı onun əsasında tərtib edilmiş təqdimatla birlikdə Ədliyyə Nazirinə təqdim edilir.

Ekspert ixtisasının verilməsi və ya ekspert ixtisasından məhrum etmə haqqında komissiyanın qərarına əsasən Ədliyyə Naziri tərəfindən əmr verilir.»;

    • 18-ci bənddə «kartoçkası» sözü «vərəqəsi» sözü ilə və «kartoçkaya» sözü «vərəqəyə» sözü ilə əvəz edilsin;
    • 19-cu bəndin 1-ci abzasında «Ekspert ixtisas komissiyasının qərarına» sözləri «Ədliyyə Nazirinin əmrinə» sözləri ilə əvəz edilsin və 2-ci və 3-cü abzasları aşağıdakı yeni redaksiyada verilsin:

«Şəhadətnamə Ədliyyə Naziri və ya nazir müavini tərəfindən imzalanır, nazirliyin gerbli möhürü ilə təsdiq edilir.

Ədliyyə Nazirliyinin kadrlar xidməti məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrin qeydiyyatını aparır.»

    • 3 №-li və 4 №-li əlavələr yeni redaksiyada verilsin (əlavə olunur).
    • 5 №-li Əlavə qüvvədən düşmüş hesab edilsin.

3. Əmr elan edilməsi üçün Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitutuna göndərilsin.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 99 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun Əsasnaməsi»

Azərbaycan Respublikasının Ədliyyə Naziri

I dərəcəli Dövlət ədliyyə müşaviri

F.F. MƏMMƏDOV

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, № 5, s. 91) («LegalActs» LLC).

© LegalActs LLC