"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 114

Bakı şəhəri, 25 aprel 2014-cü il

"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Azərbaycan  Respublikası Nazirlər Kabinetinin  2014-cü il 25 aprel tarixli 114 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi

QAYDASI

1.  Ümumi müddəalar

1.1. Bu Qayda "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun  25-ci maddəsinin yeddinci hissəsinə əsasən hazırlanmışdır və  avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi qaydasını müəyyən edir.   

1.2. Avtomobil yollarının vahid dövlət reyestri (bundan sonra - reyestr) mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır.

1.3. Reyestr Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən yaradılır və aparılır.

1.4. Reyestr kağız və elektron daşıyıcılarda aparılır. Kağız daşıyıcı ilə elektron daşıyıcıda olan məlumatlar arasında uyğunsuzluq olduqda, kağız daşıyıcıda olan  məlumatlara üstünlük verilir.

1.5. Elektron daşıyıcıda olan məlumatlar dövlət reyestrinin məlumat bazasında qeydiyyata alınır.

 2. Reyestrin aparılması prinsipləri

2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.

2.2. Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır.

2.3. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında, qarşılıqlı məlumat mübadiləsini təmin edən qeydiyyat informasiya sistemi vasitəsilə həyata keçirilir.

2.4. Qeydiyyat informasiya sistemi aşağıdakıları təmin etməlidir:

2.4.1. informasiyanın məlumat bazasına operativ daxil edilməsini, orada dəyişilməz, aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılmasını və emalını;

2.4.2. məlumatların reyestrə daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin qeydiyyatının aparılmasını;

2.4.3. digər aidiyyəti dövlət elektron informasiya ehtiyatlarına inteqrasiya olunmasını.

2.5. Reyestrə daxil edilən məlumatların itirilməsinin, təhrif edilməsinin və qanunsuz əldə olunmasının qarşısının alınması üçün onun müdafiə sistemi yaradılır.

2.6. Reyestrin qeydiyyat informasiya sisteminin yaradılması, idarə olunması, təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə texniki proqram kompleksinin formalaşdırılması və ona texniki xidmətin göstərilməsi Azərbaycan Respublikasının  Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.

2.7. Reyestrin qeydiyyat informasiya sistemində yalnız lisenziyalı texniki proqram və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.

2.8. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi avtomobil yollarının vahid dövlət reyestrinin digər aidiyyəti dövlət elektron informasiya ehtiyatlarına inteqrasiya olunmasını təmin edir.

 3. Reyestrin yaradılması

3.1. Reyestrə hər bir avtomobil yoluna dair aşağıdakılar barədə məlumatlar daxil edilir:

3.1.1. avtomobil yolunun  mülkiyyətçisi və sahibi;

3.1.2.  avtomobil yolunun adı, indeksi, ünvan reyestri məqsədləri üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən nömrəsi  və uzunluğu;

3.1.3.  avtomobil yolunun xəritəsi;

3.1.4. avtomobil yolunun və onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu;

3.1.5. avtomobil yolunun faktiki vəziyyəti;

3.1.6. avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti;

3.1.7. yol nişanlarının dislokasiyası.

3.2. Avtomobil yolunun  mülkiyyətçisi və sahibi haqqında məlumatlara aşağıdakılar daxil edilir:

3.2.1. avtomobil yolu  mülkiyyətçisinin və sahibinin adı;

3.2.2. avtomobil yolu  mülkiyyətçisinin və sahibinin ünvanı;

3.2.3. telefon və  faks nömrələri, elektron poçt ünvanı;

3.2.4. avtomobil yolu üzərində əşya hüququnun əmələ gəlməsinin əsası olan sənədlərin növü və rekvizitləri (adı, seriyası və nömrəsi, verilmə tarixi, verən orqanın adı).

3.3. Avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlara aşağıdakılar daxil edilir:

3.3.1. avtomobil yolunun dərəcəsi;

3.3.2. avtomobil yolunun istismara verildiyi tarix, o cümlədən yolun ayrı-ayrı hissələri üzrə;

3.3.3. avtomobil yolunun hərəkət zolaqlarının sayı;

3.3.4. avtomobil yolu ilə  kəsişmələr  və avtomobil yoluna giriş yolları.

3.4. Avtomobil yolu haqqında məlumatlar avtomobil yolunun məlumat vərəqəsində bu Qaydaya əlavə edilmiş formada tərtib edilir (1 nömrəli əlavə).

3.5. Avtomobil yolunun məlumat vərəqəsinin (bundan sonra-məlumat vərəqəsi)  tərtib edilməsi və aparılması  avtomobil yolunun mülkiyyətçisi və sahibi olan hüquqi və ya fiziki şəxslər tərəfindən kağız və elektron daşıyıcılarda olmaqla yerinə yetirilir.

3.6. Məlumat vərəqəsinə daxil edilmiş məlumatlar onların mülkiyyətçisi, sahibi olan fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri tərəfindən imza və möhürlə (hüquqi şəxs üçün) təsdiq edilir.

3.7. Məlumat vərəqəsinin müvafiq sütununda məlumatlar yazılmayıbsa, həmin yerdə "məlumat yoxdur" yazılır.

3.8. Məlumat vərəqəsində dövlət sirri təşkil edən məlumatlar olduqda, həmin sətirlərin qarşısında "məxfi  məlumatlar" sözləri yazılır. 

 4. Reyestrin aparılması

4.1. Reyestr əsas və arxiv bölmələrindən ibarətdir.

4.2. Reyestrin əsas bölməsinə aşağıda göstərilən sənədlər daxil edilir:

4.2.1. reyestrə daxil edilməsi üçün göndərilən məlumat vərəqələrinin qeydiyyatı jurnalı (bundan sonra - qeydiyyat jurnalı);

4.2.2. reyestrdən çıxarışların qeydiyyatı jurnalı (bundan sonra - çıxarışların qeydiyyatı jurnalı);

4.2.3. məlumat xəritələrinin və yolun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilərək məlumat vərəqəsinə əlavə edilən surətlərin yerləşdiyi qovluq (bundan sonra - qovluq). Avtomobil yolları haqqında məlumatların yerləşdiyi hər bir qovluğa reyestr nömrəsi verilir.

4.3. Reyestrin  arxiv bölməsinə avtomobil yolunun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilərək göndərilmiş məlumatlarda dəyişikliklər edilməsi nəticəsində aktuallığını itirmiş və bu səbəbdən reyestrin əsas bölməsindən arxiv bölməsinə köçürülməsi tələb olunan işlər daxildir. Arxiv bölməsinin hər bir qovluğuna reyestrin əsas bölməsindəki nömrəyə uyğun və "arxiv" sözü yazılmış nömrə verilir.

4.4. Reyestrin aparılması daimi əsaslarla aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

4.4.1. hər bir avtomobil yolu üzrə qovluğun tərtib edilməsi və aparılması;

4.4.2. hər bir qovluğa yolun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilmiş məlumat vərəqəsinin yerləşdirilməsi;

4.4.3. dəyişilmiş məlumatların qovluqdakı məlumat vərəqəsində nəzərə alınması;

4.4.4. məlumat vərəqəsində xəritənin qovluqdan götürülməsi və arxiv bölməsinə keçirilməsi haqqında əsas göstərilməklə dəyişikliklərin edilməsi;

4.4.5. dəyişikliklərin kağız və elektron daşıyıcılarda aparılması.

4.5. Məlumat vərəqəsi və ona əlavə olunan sənədlərin təsdiq edilmiş nüsxələri hər bir avtomobil yoluna aid reyestr qovluğunda saxlanılır. Qovluğa reyestr nömrəsi verilir və tərtib olunduğu tarix göstərilir. Məlumat vərəqəsində sənədlərin reyestr qovluğuna qoyulması haqqında tarix göstərilir. Bütün bu əməliyyatlar qeydiyyat jurnalında qeyd edilir.

4.6. Avtomobil yolunun mülkiyyətçisinə, sahibinə sənədlərin qəbulu haqqında təsdiqedici sənəd verilir.

4.7. Avtomobil yolları istismardan çıxarıldığı, bir neçə yerə bölündüyü və ya bir neçə yolun bir yol kimi birləşdirildiyi hallarda avtomobil yolunun köhnə indeks nömrələrinə uyğun qovluqlar  bağlanılır və reyestr arxiv bölməsinə təhvil verilir. Reyestr qovluğunda qovluğun arxivə təhvil verilməsi haqqında  sənədin əsası və tarixi göstərilir. Yerinə yetirilən əməliyyatlar qeydiyyat jurnalında da qeyd edilir.

4.8. Reyestrin sənədləri daimi olaraq qorunmalıdır. Reyestrdən hər hansı bir sənədin götürülməsi və ya məhv edilməsi qadağandır. Reyestr qovluqlarının daimi saxlanılması üçün dövlət arxivlərinə verilməsi mövcud qanunvericiliyə uyğun aparılır.

4.9. Reyestr kənar şəxslərin daxil olması mümkün olmayan, məlumatların oğurlanmasının, korlanmasının, dəyişikliklər edilməsinin qarşısını almağa imkan verən xüsusi yerlərdə saxlanılır.

4.10. Elektron daşıyıcılarda olan reyestr məlumatlarının  itirilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən elektron daşıyıcılarda olan məlumatların ehtiyat surətləri yaradılır və xüsusi yerlərdə saxlanılır.

4.11. Qeydiyyat jurnalının, çıxarışların qeydiyyatı  jurnalının elektron daşıyıcılarda reyestr məlumatlarının yaradılması və onlarda dəyişikliklər edilməsi qaydaları Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən müəyyən  edilir.

 5. Reyestrə daxil edilmiş məlumatların verilməsi

5.1. Dövlət və kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla, reyestrə daxil edilmiş digər məlumatlar Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən reyestrdən çıxarış hər bir maraqlı şəxsə qanunda nəzərdə tutulmuş qaydada verilir.

5.2. Reyestrə daxil edilmiş məlumatların reyestrdən çıxarış şəklində (2 nömrəli əlavə) verilməsi (və ya reyestrdən çıxarışın verilməsindən imtina edilməsi) bu haqda sorğu daxil olduğu gündən 10 gün müddətində yerinə yetirilir.

5.3. Reyestrə daxil edilmiş məlumatların reyestrdən çıxarış şəklində verilməsi (və ya reyestrdən çıxarışın verilməsində imtina edilməsi) barədə məlumatlar çıxarışların qeydiyyatı jurnalında qeyd edilir.

 

 

"Avtomobil yollarının vahid dövlət reyestrinin
yaradılması və aparılması, habelə reyestrə daxil
edilmiş məlumatların verilməsi Qaydası"na

1 nömrəli əlavə

 

Avtomobil yolunun məlumat vərəqəsi

 

1. Avtomobil yolunun mülkiyyətçisi və sahibinin:

1.1. tam adı ___________________________________________________

_____________________________________________________________

1.2. ünvanı____________________________________________________

_____________________________________________________________

1.3. telefon/faks nömrəsi_________________________________________

1.4. elektron poçt ünvanı_________________________________________

1.5. əşya hüququnun əmələ gəlməsinin əsası olan sənədlər______________

_____________________________________________________________

1.6. əşya hüququnun adı_________________________________________

2. Avtomobil yolunun adı və indeksi_______________________________

3. Avtomobil yolunun  uzunluğu (km) ____________

4. Avtomobil yolunun xəritəsi

5. Avtomobil yolunun və ya onun sahələrinin təsnifat göstəriciləri________

_____________________________________________________________

6. Avtomobil yolunun faktiki vəziyyəti barədə məlumatlar:

6.1. avtomobil yolunun dərəcəsi __________________________________

 

6.2. istismara verildiyi tarix_____, o cümlədən ayrı-ayrı hissələri üzrə_____

_____________________________________________________________

6.3. avtomobil yolunun hərəkət zolaqlarının sayı _____________________

 

6.4. avtomobil yolu ilə   kəsişmələr və  avtomobil yoluna giriş yolları_____ ____________________________

7. Avtomobil yolunun tutduğu  torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti ________________________

_____________________________________________________________

8. Yol nişanlarının dislokasiyası___________________________________

9. Əlavə edilən sənədlərin siyahısı _________________________________

_____________________________________________________________

 

 

Məlumatlar doğrudur:

 

Rəhbər_______________________________________________________

(mülkiyyətçinin və sahibin adı)

 

M.Y.   _______________    ________________      ___________________

       (tarix)                                   (imza)                    (soyadı, adı və atasının adı)

 

Məlumat vərəqəsi reyestrə daxil edilmişdir

 

M.Y.   _______________    ________________      ___________________

    (tarix)                                   (imza)                    (soyadı, adı və atasının adı)

 

Məlumat vərəqəsi arxivə verilmişdir  _____________________________

                                                               (əsas)

 

M.Y.   _______________    ________________      ___________________

     (tarix)                                   (imza)                    (soyadı, adı və atasının adı)

 

 "Avtomobil yollarının vahid dövlət reyestrinin
yaradılması və aparılması, habelə reyestrə daxil
edilmiş məlumatların verilməsi Qaydası"na

2 nömrəli əlavə

 Avtomobil yollarının vahid dövlət reyestrindən

ÇIXARIŞ

 

    "__"_______ 20__  il                                                                 №_______

 

Bu çıxarış   ___________________________________________________

(avtomobil yolunun adı)

_____________________________________________________________

avtomobil yolu haqqında məlumatları özündə əks etdirir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(avtomobil yolunun reyestr nömrəsi və verilmə tarixi *)

 

 

Avtomobil yollarının vahid dövlət reyestrinə daxil edilmiş məlumatlar

 

Sıra

№-si       

  Məlumatların adı  **   

   Məlumatların təsviri ***

1.

 

 

2.

 

 

3.

 

 

 

Vəzifəli şəxs __________________________________________________

(struktur bölmənin tam adı)

 

              __________________             ______________________

                               (imza)                                      (soyadı, adı və atasının adı)

  ____________________________________________________________

 

*Avtomobil yoluna reyestr nömrəsinin  verildiyi gün, ay və ilin son iki  rəqəmi.             

**  Məlumatların adı avtomobil yolunun məlumat vərəqəsinə uyğun olaraq göstərilir.   

***  Məlumatlar olmayan sütunda "yox" sözü yazılır.

 

6 May 2014, 17:05

http://cabmin.gov.az/

511—520 / 10511

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 275 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 24 noyabr tarixli 358 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 19 dekabr tarixli 546 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli, “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 iyun tarixli 252 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2006-cı il 13 fevral tarixli 363 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 2 avqust tarixli 439 nömrəli, “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 527 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 576 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 3 aprel tarixli 606 nömrəli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 10 aprel tarixli 617 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli, “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli, “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin ləğv edilməsi haqqında” 2016-cı il 22 dekabr tarixli 2566 nömrəli, “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” 2017-ci il 27 mart tarixli 2768 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 19 iyul tarixli 3120 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli və “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 fevral tarixli 3657 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1255 nömrəli və “2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1257 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Avqust 2022, 15:08

Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli 414 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyul 2022, 16:07

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

29 İyul 2022, 16:07

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun tətbiqi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...