"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 76
Bakı şəhəri, 12 mart 2014-cü il
"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli 406 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamə"nin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 mart tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının NazirlərKabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
SİYAHISI
1. Dövlət Bayrağı Muzeyi.
2. "Sahil xidməti" Məhdud Məsuliyyətli Cəmiyyəti.
3. Kommunal xidmət, təmir və kompleksin mühafizəsi müəssisəsi.
18 Mart 2014, 14:03
6 May 2014, 17:05
"Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
6 May 2014, 17:05
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə ətraflı...
6 May 2014, 17:05
"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında ətraflı...
6 May 2014, 09:05
T.Ə.Əmiraslanovun Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında ətraflı...
6 May 2014, 09:05
T. R. Mehdiyevin Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında ətraflı...
6 May 2014, 09:05
T.R.Mehdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
6 May 2014, 09:05
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında ətraflı...
5 May 2014, 09:05
N.N. Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
5 May 2014, 09:05
Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
5 May 2014, 09:05
F.Ş. Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...