Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdir. Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Yeddi min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 avqust 2016-cı il.
18 Avqust 2016, 09:0830 Sentyabr 2015, 09:09
“Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
30 Sentyabr 2015, 09:09
General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
29 Sentyabr 2015, 09:09
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
29 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 sentyabr 2015-ci il tarixli 13 saylı müraciətə baxılması barədə ətraflı...
29 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 sentyabr 2015-ci il tarixli 11 saylı müraciətə baxılması barədə ətraflı...
29 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 sentyabr 2015-ci il tarixli 14 saylı müraciətə baxılması barədə ətraflı...
29 Sentyabr 2015, 09:09
Mərkəzi Seçki Komissiyasının 23 sentyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
28 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 sentyabr 2015-ci il tarixli 07 saylı müraciətə baxılması barədə ətraflı...
28 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 sentyabr 2015-ci il tarixli 09 saylı müraciətə baxılması barədə ətraflı...
28 Sentyabr 2015, 09:09
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 sentyabr 2015-ci il tarixli 06 saylı müraciətə baxılması barədə ətraflı...