“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin on dördüncü abzası aşağıdakı redaksiyada verilsin və on beşinci abzası ləğv edilsin:
“Banka aidiyyəti olan şəxslər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər, habelə bankın nizamnamə kapitalında iştirak payından asılı olmayaraq müqavilə əsasında bankın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs, bankın Audit Komitəsinin üzvləri, daxili audit bölməsinin əməkdaşları, qərarların qəbul edilməsində iştirak edən bankın digər əməkdaşları, bankın və onun filiallarının baş mühasibləri, həmin şəxslərlə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində nəzərdə tutulmuş qohumluq əlaqələri olan şəxslər, banka aidiyyəti şəxs adından hərəkət etməyə hüququ olan şəxslər, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.6-cı və 49-1.1.7-ci maddələrində göstərilən şəxslərin ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxslər.”.
2. 19.3-cü maddənin ikinci cümləsində “Bankın” sözü “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-1.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bankın” sözləri ilə əvəz edilsin.
3. 24-cü maddə üzrə:
3.1. 24.1.15-ci maddədə “Bu Qanunla” sözləri “Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə, bu Qanunla” sözləri ilə əvəz edilsin;
3.2. 24.3-cü maddədə beşinci cümlə altıncı cümlə hesab olunsun və aşağıdakı məzmunda beşinci cümlə əlavə edilsin:
“Banka aidiyyəti olan şəxslə dəyəri bankın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilir.”;
3.3. 24.4-cü maddənin birinci cümləsinə “Səhmdarlar” sözündən sonra “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin.
4. 25.1.10-cu maddə aşağıdakı redaksiyada verilsin:
“25.1.10. səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aidiyyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;”.
5. Aşağıdakı məzmunda 28.2-1-ci maddə əlavə edilsin:
“28.2-1. Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın struktur bölmələrinin (filial, nümayəndəlik, şöbə və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.”.
6. 34.2.7-ci, 34.2.8-ci, 46.3.2-ci maddələrdən ismin müvafiq hallarında “və aidiyyəti şəxs adından hərəkət edən şəxslər” sözləri çıxarılsın.
7. 34.2.14-cü maddədə “şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər ilə” sözləri “şəxslərlə” sözü ilə əvəz edilsin.
8. 40-cı maddə üzrə:
8.1. adında “Banklara aidiyyəti şəxslərlə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərlə” sözləri “Banklara aidiyyəti olan şəxslərlə” sözləri ilə əvəz edilsin;
8.2. 40.1-ci, 40.1.3-cü və 40.3-cü maddələrdən “və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə” sözləri çıxarılsın;
8.3. 40.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“40.1.1. aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda;”;
8.4. aşağıdakı məzmunda 40.1.1-1-ci maddə əlavə edilsin:
“40.1.1-1. aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5 faizədək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, bankın Müşahidə Şurasının qərarı olmadıqda;”;
8.5. 40.2-ci maddə üzrə:
8.5.1. birinci cümlədən “və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə” sözləri çıxarılsın;
8.5.2. ikinci cümlədə “və İdarə Heyətinin” sözləri “müvafiq qərarın lehinə səs vermiş” sözləri ilə əvəz edilsin;
8.6. aşağıdakı məzmunda 40.4-cü maddə əlavə edilsin:
“40.4. Banklara aidiyyəti olan şəxslərlə əqdlərin bağlanılmasının digər qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən olunur.”.
9. 48.1.3-cü maddədə “şəxslər və aidiyyəti şəxslər adından hərəkət edən” sözləri “olan” sözü ilə əvəz edilsin.
10. 52.3-cü maddədə və 71.1-ci maddənin ikinci abzasında “Banklara aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər” sözləri “Banklara aidiyyəti olan şəxslər” sözləri ilə əvəz edilsin.
11. 59.1-ci maddənin ikinci abzasının ikinci cümləsində “Banka aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər” sözləri “Banka aidiyyəti olan şəxslər” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2016-cı il.
2 İyun 2016, 09:06
7 Yanvar 2015, 09:01
1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə ətraflı...
7 Yanvar 2015, 09:01
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"nda dəyişiklik edilməsi haqqında ətraflı...
7 Yanvar 2015, 09:01
"Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu Qaydası"nın təsdiqedilməsi haqqında ətraflı...
7 Yanvar 2015, 09:01
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 141 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
7 Yanvar 2015, 09:01
"Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər"in və "Yoxlama haqqında şəhadətnamənin forması"nın təsdiq edilməsi haqqında ətraflı...
7 Yanvar 2015, 09:01
"Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında ətraflı...
7 Yanvar 2015, 09:01
"Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi barədə ətraflı...
7 Yanvar 2015, 09:01
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması iləəlaqədar əlavə tədbirlər haqqında ətraflı...
6 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 128 saylı müraciətə baxılması barədə ətraflı...
6 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 119 saylı müraciətə baxılması barədə ətraflı...