"Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 392

Bakı şəhəri, 16 dekabr 2014-cü il

"Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi barədə

"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər KabinetiQƏRARA ALIR:

"Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 392 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.8-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi qaydalarını müəyyən edir.

1.2. Dövlət kəmiyyət vahidləri etalonları Azərbaycan Respublikasının etalon bazasını təşkil edir.

1.3. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının qorunub saxlanılması və dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən təmin edilir.

1.4. Dövlət ilkin kəmiyyət vahidləri etalonları Azərbaycan Respublikasının müstəsna mülkiyyətindədir və özəlləşdirilə bilməz.

2. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi

2.1. Komitə tərəfindən yaradılan Azərbaycan Respublikasının etalon bazasını təşkil edən dövlət kəmiyyət vahidləri etalonlarının tərkibində kəmiyyət vahidinin reallaşdırılmasını (təkrarlanmasını), saxlanılmasını və ötürülməsini ən yüksək dəqiqliklə təmin edən etalonlar Komitə tərəfindən dövlət ilkin kəmiyyət vahidi etalonu qismində təsdiq olunur.

2.2. Dövlət ilkin kəmiyyət vahidi etalonunun təsdiqi haqqında Komitənin qərarı aşağıdakı sənədlər və məlumatlar əsasında qəbul edilir:

2.2.1. kəmiyyət vahidi etalonunun texniki sənədləri;

2.2.2. kəmiyyət vahidi etalonunun metroloji xarakteristikalarının tədqiqatının nəticələri.

2.3. Dövlət ilkin kəmiyyət vahidi etalonunun təsdiqi haqqında Komitənin qərarı ilə həmçinin dövlət ilkin kəmiyyət vahidi etalonunun saxlanılması, tutuşdurulması və tətbiqi üçün cavabdeh olan Komitənin vəzifəli şəxsi (bundan sonra - cavabdeh şəxs) müəyyən edilir.

2.4. Dövlət ilkin kəmiyyət vahidi etalonunun təsdiqi haqqında Komitənin qərarı qəbul edildikdən sonra 1 (bir) gün müddətində dövlət ilkin kəmiyyət vahidi etalonunun təsdiq edilməsi haqqında sertifikat tərtib olunur (sertifikatın forması əlavə olunur). Tərtib olunmuş sertifikat cavabdeh şəxsdə saxlanılır.

2.5. Azərbaycan Respublikasının dövlət ilkin kəmiyyət vahidi etalonu haqqında məlumat dövlət ilkin kəmiyyət vahidi etalonunun təsdiqi haqqında qərar qəbul edildiyi gün Komitənin rəsmi internet saytında yerləşdirilir və ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna daxil edilir.

                                                                                                                            

3. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının saxlanılması və tətbiqi

3.1. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının saxlanılması Komitə tərəfindən təmin edilir.

3.2. Dövlət ilkin kəmiyyət vahidləri etalonları kənar şəxslərin daxil olması və müdaxiləsini istisna edən bu məqsədlə ayrılmış yerlərdə saxlanılır.

3.3. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının mülki dövriyyədə olmasına yol verilmir.

3.4. Dövlət ilkin kəmiyyət vahidlərinin saxlanılması zamanı aşağıdakı tələblərə riayət olunmalıdır:

3.4.1. dövlət ilkin kəmiyyət vahidləri etalonlarının texniki vəziyyətinə və onların saxlanılması və tətbiqi şəraitinə gündəlik nəzarətin həyata keçirilməsi;

3.4.2. dövlət ilkin kəmiyyət vahidləri etalonlarında saxlanılan kəmiyyət vahidlərinin reallaşdırıla (təkrarlana) bilən olması və dəyişməzliyi;

3.4.3. metroloji xarakteristikaların dəyişməsinin aşkar edilməsi və qeydiyyatının aparılması;

3.4.4. dövlət ilkin kəmiyyət vahidləri etalonlarına və onların texniki infrastrukturuna texniki xidmət göstərilməsi və təxirəsalınmadan təmir edilməsi.

3.5. Bu Qaydanın 3.4-cü bəndində göstərilən tələblərə riayət olunması cavabdeh şəxs tərəfindən təmin olunur.

3.6. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarına və onların texniki infrastrukturuna texniki xidmət göstərilməsi və təmir edilməsi zəruri olduğu halda, cavabdeh şəxsin müraciəti əsasında Komitə tərəfindən təxirəsalınmadan texniki xidmətin göstərilməsi və təmir işlərinin aparılması təmin olunmalıdır.

3.7. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının tətbiqi kəmiyyət vahidinin dövlət ilkin kəmiyyət vahidi etalonundan dövlət kəmiyyət vahidi etalonlarına ötürülməsini nəzərdə tutur.

3.8. Azərbaycan Respublikasının etalon bazasına daxil olan dövlət kəmiyyət vahidləri etalonları il ərzində azı bir dəfə dövlət ilkin kəmiyyət vahidi etalonları ilə kalibrlənməlidir.

3.9. Dövlət kəmiyyət vahidləri etalonlarının dövlət ilkin kəmiyyət vahidi etalonları ilə kalibrlənməsi cavabdeh şəxs tərəfindən həyata keçirilir.

3.10. Kalibrlənmənin müsbət nəticələri əsasında 2 (iki) gün müddətində kalibrləmə sertifikatı tərtib olunur.

3.11. Kalibrlənmənin nəticələri mənfi olarsa yararsızlıq haqqında bildiriş tərtib olunur. Yararsızlıq bildirişi tərtib olunmuş dövlət kəmiyyət vahidi etalonu kəmiyyət vahidinin digər etalonlara və ölçmə vasitələrinə ötürülməsi üçün istifadə oluna bilməz.

3.12. Kalibrləmə sertifikatı və yararsızlıq bildirişi barədə məlumatlar 1 (bir) gün müddətində ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fonduna daxil edilir.

 

4. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının tutuşdurulması

4.1. Dövlət ilkin kəmiyyət vahidləri etalonları Beynəlxalq Ölçülər və Çəkilər Bürosunun kəmiyyət vahidləri etalonları və ya xarici dövlətlərin kəmiyyət vahidləri etalonları ilə tutuşdurulmalıdır.

4.2. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının Beynəlxalq Ölçülər və Çəkilər Bürosunun kəmiyyət vahidləri etalonları və ya xarici dövlətlərin kəmiyyət vahidləri etalonları ilə tutuşdurulması Komitə tərəfindən təmin edilir.

4.3. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının tutuşdurulmasının vaxtı və yeri tutuşdurmanı təşkil edən qurumlar arasında əldə edilmiş razılıq əsasında müəyyən edilir.

4.4. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının Beynəlxalq Ölçülər və Çəkilər Bürosunun kəmiyyət vahidləri etalonları və ya xarici dövlətlərin kəmiyyət vahidləri etalonları ilə tutuşdurulması ilə əlaqədar cavabdeh şəxs tərəfindən aşağıdakı tədbirlər görülür:

4.4.1. dövlət ilkin kəmiyyət vahidləri etalonlarının tutuşdurulmaya hazırlanması;

4.4.2. tutuşdurulmaların aparılması üçün zəruri texniki qurğuların və köməkçi avadanlığın hazırlanması;

4.4.3. dövlət ilkin kəmiyyət vahidləri etalonlarının tutuşdurulmaya təqdim olunması;

4.4.4. dövlət ilkin kəmiyyət vahidləri etalonlarının tutuşdurulmasının keçirilməsi, onların nəticələrinin işlənilməsi və rəsmiləşdirilməsi;

4.4.5. tutuşdurulmaların nəticələrinin dövlət ilkin kəmiyyət vahidləri etalonlarının texniki sənədlərində qeyd edilməsi.

4.5. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının Beynəlxalq Ölçülər və Çəkilər Bürosunun kəmiyyət vahidləri etalonları və ya xarici dövlətlərin kəmiyyət vahidləri etalonları ilə tutuşdurulması nəticəsində kəmiyyət vahidinin reallaşdırılması (təkrarlanması) ilə əlaqədar mənfi nəticə göstərdikdə bunun səbəbləri Komitə tərəfindən araşdırılır və aradan qaldırılması üçün tədbirlər görülür. Beynəlxalq Ölçülər və Çəkilər Bürosu və ya xarici dövlətlərin aidiyyəti qurumları ilə əldə edilmiş razılıq əsasında dövlət ilkin kəmiyyət vahidi etalonunun təkrar tutuşdurulması təmin olunmalıdır.

 5. Kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi

5.1. Kəmiyyət vahidinin dövlət etalonundan dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin istifadəsində olan dövlət tənzimlənməsi sahəsində tətbiq edilən ölçmə vasitələrinə və kəmiyyət vahidi etalonlarına ötürülməsi onların müraciəti əsasında Komitə tərəfindən təmin edilir.

5.2. Kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi ilə bağlı müraciət Komitəyə daxil olduğu gün qeydiyyata alınır və 3 (üç) gün müddətində kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin yeri və vaxtı barədə müraciət etmiş şəxsə məlumat verilir.

5.3. Müraciət daxil olduğu vaxtdan 30 (otuz) gün müddətində Komitə tərəfindən kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi təmin olunur.

5.4. Kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi ilə bağlı müraciət etmiş şəxs ölçmə vasitəsinin və ya kəmiyyət vahidi etalonunun ötürülmənin keçirildiyi yerə gətirilməsini təmin etməlidir.

5.5. Dövlət kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidinin ötürülməsi onun saxlanılması və tətbiq olunması ilə bağlı texniki sənədlərində əks olunmuş tətbiq şəraitinə riayət edilməklə, kalibrləmə yolu ilə həyata keçirilir.

5.6. Kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələri protokolla rəsmiləşdirilir.

5.7. Kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələri müsbət olarsa 1 (bir) gün müddətində kalibrləmə sertifikatı tərtib olunaraq müraciət etmiş şəxsə göndərilir.

5.8. Kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələri mənfi olarsa 1 (bir) gün müddətində yararsızlıq haqqında bildiriş tərtib olunaraq müraciət etmiş şəxsə göndərilir.

 6. Kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları

6.1. Təsərrüfat subyektləri dövlət tənzimlənməsi sahəsində tətbiq edilən ölçmə vasitələrinə kəmiyyət vahidinin ötürülməsini təmin etmək üçün kəmiyyət vahidi etalonlarını əldə edərək istifadə edə bilərlər.

6.2. Kəmiyyət vahidləri etalonlarından istifadə kəmiyyət vahidinin kəmiyyət vahidi etalonundan ölçmə vasitələrinə ötürülməsini nəzərdə tutur.

6.3. Texniki sənədlərinə uyğun olaraq quraşdırılma yeri və ətraf mühitlə əlaqədar tələblərə cavab verən yerdə və şəraitdə yerləşdirilmiş kəmiyyət vahidləri etalonlarından istifadə oluna bilər.

6.4. İstismar sənədlərinə uyğun olaraq, kəmiyyət vahidləri etalonlarının metroloji xarakteristikalarının dəyişməsinə və düzgün işləməsinə şübhə yarandıqda onun istifadəsi dərhal dayandırılmalıdır. Kəmiyyət vahidləri etalonları təmirdən sonra dövlət kəmiyyət vahidi etalonları ilə kalibrləndikdən sonra istifadə oluna bilər.

6.5. Kəmiyyət vahidi etalonundan kəmiyyət vahidinin ötürülməsi onun saxlanılması və tətbiq olunması ilə əlaqədar texniki sənədlərində əks olunmuş tətbiq şəraitinə riayət edilməklə həyata keçirilir.

6.6. Müvafiq dövlət ilkin kəmiyyət vahidləri etalonları olmadıqda, təsərrüfat subyektləri tərəfindən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsi sahəsində tətbiq edilən ölçmə vasitələrinin xarici dövlətlərin kəmiyyət vahidləri etalonları ilə izlənilməsi təmin olunmalıdır.

 7. Kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi

7.1. Kəmiyyət vahidi etalonlarının tərkibinə daxil olan əsas texniki vasitələrə, kəmiyyət vahidinin reallaşdırılması (təkrarlanması), saxlanılması və ötürülməsi, onların saxlanılma şəraitinə dair tələblərə əməl olunmasına nəzarət üçün tətbiq olunan ölçmə vasitələri, həmçinin köməkçi texniki vasitələr, o cümlədən kəmiyyət vahidi etalonlarının saxlanılması və tətbiqinə müəyyən edilmiş tələblərin yerinə yetirilməsini təmin edən məlumat-hesablayıcı komplekslər, qurğular, xüsusi platformalar və özüllər, xüsusi binalar və otaqlar (bundan sonra - texniki infrastruktur) daxil ola bilər.

7.2. Dövlət ilkin kəmiyyət vahidi etalonunun təsdiq edilməsi haqqında Komitənin qərarı ilə həmçinin dövlət ilkin kəmiyyət vahidi etalonu üçün məcburi tələblər müəyyən edilməlidir.

7.3. Komitə tərəfindən dövlət etalon bazasına daxil edilən hər bir dövlət kəmiyyət vahidi etalonu üçün 10 (on) gün müddətində Komitənin müvafiq qərarı ilə məcburi tələblər müəyyən edilməlidir.

7.4. Kəmiyyət vahidi etalonlarına dair məcburi tələblərə aşağıdakılar aiddir:

7.4.1. kəmiyyət vahidi etalonlarının saxlanıldığı və tətbiq olunduğu otaqlara və şəraitə olan tələblər;

7.4.2. kəmiyyət vahidi etalonlarının saxlanılması və tətbiq edilməsi məqsədi ilə quraşdırılmasına, tənzimlənməsinə və işlək vəziyyətdə saxlanılmasına dair tələblər;

7.4.3. kəmiyyət vahidi etalonlarının texniki vəziyyətinə, saxlanılma və tətbiq olunma şəraitinə nəzarət proseduru;

7.4.4.    kəmiyyət vahidi etalonlarına və onun texniki infrastrukturuna texniki xidmət göstərilməsi proseduru.

7.5. Dövlət kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər hər bir etalonun metroloji xarakteristikaları və istismar sənədləri nəzərə alınmaqla müəyyən edilir.

7.6. Dövlət ilkin kəmiyyət vahidi etalonları kəmiyyətin vahidini Azərbaycan Respublikasında ən yüksək dəqiqliklə reallaşdırmalı, saxlamalı və ötürməlidir.

7.7. Dövlət ilkin kəmiyyət vahidi etalonları ilə kəmiyyətin əsas vahidi ilə bərabər onun hissə və misil qiymətləri də reallaşdırılır, saxlanılır və ötürülür.

7.8. Cavabdeh şəxs dövlət ilkin kəmiyyət vahidi etalonlarına dair məcburi tələblərə riayət olunmasını təmin etməli, mütəmadi olaraq məcburi tələblərə uyğunluğu qiymətləndirməli və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməlidir.

7.9. Dövlət kəmiyyət vahidi etalonlarından və ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin aparılması üçün özünə məxsus kəmiyyət vahidi etalonundan istifadə etmək istəyən dövlət orqanları, hüquqi və fiziki şəxslər dövlət ilkin kəmiyyət vahidləri etalonları ilə izlənilən kəmiyyət vahidləri etalonlarından istifadə etməlidirlər.

7.10. Kəmiyyət vahidi etalonlarının dövlət ilkin kəmiyyət vahidi etalonları ilə izlənilməsi ilkin və dövri kalibrləmələr formasında həyata keçirilir.

7.11. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin aparılması üçün özünə məxsus kəmiyyət vahidi etalonundan istifadə etmək istəyən dövlət orqanları, hüquqi və fiziki şəxslərə məxsus kəmiyyət vahidləri etalonlarının dövlət ilkin kəmiyyət vahidləri etalonları ilə izlənilməsi bu Qaydanın 5-ci hissəsinə uyğun həyata keçirilir.

7.12. Kalibrləmə nəticəsində kəmiyyət vahidi etalonunun kəmiyyət vahidinin reallaşdırılması (təkrarlanması) ilə əlaqədar mənfi nəticə göstərdiyi müəyyən olunduqda, kəmiyyət vahidi etalonundan istifadə olunmamalıdır. Kəmiyyət vahidi etalonu təmir olunduqdan sonra təkrar kalibrləmənin müsbət nəticələri əsasında istifadə oluna bilər.

7.13. İlkin kalibrləmə nəticələrinə dair protokolun tərtibi zamanı həmçinin istismar sənədləri əsasında kəmiyyət vahidi etalonunun dövri kalibrləmə müddəti müəyyən edilir.

7.14. Kəmiyyət vahidi etalonundan istifadə edən şəxs dövri kalibrləmə müddətinə uyğun olaraq kəmiyyət vahidi etalonunun dövlət ilkin kəmiyyət vahidi etalonu ilə izlənilməsini təmin etməlidir.

7 Yanvar 2015, 09:01

http://cabmin.gov.az/

1—10 / 10511

24 İyul 2023, 12:07

Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 İyul 2023, 15:07

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 İyul 2023, 14:07

“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI   ətraflı...

8 İyul 2023, 14:07

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...