Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı
TƏDBİRLƏR PLANI
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 12 mart tarixli Sərəncamı ilə
təsdiq edilmişdir
(Tədbirlərin 2014-cü il ərzində həyata keçirilməsi nəzərdə tutulur)
№
|
Tədbirin adı |
İcraçılar |
Sənaye potensialının gücləndirilməsi |
||
1. |
Sənaye müəssisələrinin yenidən qurulması və yeni emal sənayesi müəssisələrinin yaradılması işlərinin dəstəklənməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
2. |
Azərbaycanda polad istehsalı kompleksinin qurulması məqsədi ilə məsləhətçi şirkətin cəlb edilməsi, texniki iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işlərinə başlanılması |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
3. |
Müasir Neft-qaz emalı və neft-kimya kompleksinin yaradılmasına dair təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması |
Azərbaycan Respublikasında müasir Neft-qaz emalı və neft-kimya kompleksinin yaradılması ilə bağlı Komissiya |
4. |
Alternativ enerji qurğu və avadanlığının istehsalı üzrə yeni müəssisələrin istifadəyə verilməsi |
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi |
5. |
Müdafiə təyinatlı yeni növ məmulatın istehsalı üzrə müəssisələrin istifadəyə verilməsi |
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi |
6. |
Sənaye müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi |
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
7. |
Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi, müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması işlərinin davam etdirilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti
|
8. |
Balaxanı Sənaye Parkında müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması işlərinin davam etdirilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Təmiz Şəhər” ASC |
9. |
Gəncədə sənaye parkının yaradılması ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti |
10. |
Mingəçevirdə sənaye parkının yaradılması ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti |
11. |
Yerli istehsalın dəstəklənməsi ilə bağlı təkliflərin aidiyyəti üzrə təqdim edilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
Təşkilati tədbirlər |
||
12. |
Rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılmasının təşviqi məqsədi ilə nümunəvi investisiya layihələrinin hazırlanması və sahibkarlara təqdim olunması |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
13. |
Yerli mütəxəssislərin innovativ təkliflərinin sənaye sektorunda təşviqi məqsədi ilə dövlət orqanlarının, müəssisələrin və elmi təşkilatların nümayəndələrindən ibarət İnnovasiyaların Təşviqi Qrupunun yaradılması |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi |
14. |
Sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarının və sənaye müəssisələrinin nümayəndələrinin iştirakı ilə sahə işçi qruplarının yaradılması |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
15. |
Sənaye sahəsinə aid internet portalının və məlumat bazasının yaradılması |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
16. |
Sənaye müəssisələri və məhsullarına dair elektron kataloqun yaradılması |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
17. |
Sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə beynəlxalq standartlar əsasında milli standartların hazırlanması işinin gücləndirilməsi, sahələr üzrə yeni texniki komitələrin təşkili |
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
18. |
Sənayedə ölçmələrin vəhdətinin təmin olunması, istehsalatda ölçmələrin ötürülməsi effektivliyinin yüksəldilməsi məqsədi ilə etalon və səyyar laboratoriya imkanlarının genişləndirilməsi |
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi |
||
19. |
Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə 2014-2015-ci tədris ili üçün qəbul planında sənaye və texniki ixtisaslara ayrılan yerlərin artırılması |
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi |
20. |
Tələbələr və doktorantlar arasında sənayenin inkişafına dair elmi məqalələr müsabiqəsinin keçirilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
21. |
Sənayenin inkişafı sahəsində aparılan elmi araşdırma və tədqiqatların dəstəklənməsi |
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
22. |
Elmi tədqiqat işləri nəticələrinin təsdiqi və kommersiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi |
Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
23. |
Sənayedə keyfiyyətin idarə olunması sistemlərinin effektiv tətbiqi məqsədi ilə təlimlər keçirilməsi |
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
24. |
Sənayedə brendləşmə mövzusunda seminarların keçirilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
25. |
Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri ilə istehsalat müəssisələri arasında əlaqələrin genişləndirilməsinə dair tədbirlərin həyata keçirilməsi |
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
|
26. |
Ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində sənaye və texniki sahələr üzrə tədris aparan elmi-pedaqoji və mühəndis-pedaqoji kadrların xaricdə ixtisasartırma kurslarında iştirakının təşkili ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
27. |
Yüksəkixtisaslı kadrların hazırlanması məqsədi ilə sənaye və texniki ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alan və yüksək nəticələri ilə fərqlənən tələbələrdən xüsusi istedadlar qruplarının formalaşdırılması |
Azərbaycan Respublikasının Təhsil Nazirliyi |
28. |
Sənaye sahəsində ixtisaslı kadr potensialı barədə internet məlumat bazasının yaradılması |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi |
||
29. |
“İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsinin aidiyyəti üzrə təqdim olunması |
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
30. |
Sənaye və texnologiyalar parklarında stimullaşdırıcı tədbirlərin genişləndirilməsi ilə bağlı təkliflərin aidiyyəti üzrə təqdim edilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
31. |
Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinə dair təkliflərin aidiyyəti üzrə təqdim edilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
32. |
Sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
Təbliğat və təşviqat işləri |
||
33. |
Sənayedə investisiya imkanları barədə təşviqat xarakterli elektron resursların və çap materiallarının hazırlanması |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
34. |
Sənayenin inkişafına həsr olunmuş elmi məqalə, kitabça və digər nəşrlərin çap edilməsi |
Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
35. |
Sənaye obyektlərinə tələbə və şagirdlərin ekskursiyalarının təşkili |
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
36. |
“Sənaye ili” ilə əlaqədar görülən işlər haqqında məlumatların kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılması, KİV nümayəndələrinin sənaye müəssisələrinə səfərlərinin təşkili
|
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi; AzərTAc, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Azərbaycan Mətbuat Şurası cəlb olunmaqla |
37. |
Azərbaycanın sənaye məhsullarının ixracının təşviqi, yerli sənaye istehsalçılarının beynəlxalq sərgilərdə iştirakının dəstəklənməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi |
38. |
Sənaye sahələrində maarifləndirmə işlərinin təşkilinə dair dəyirmi masa, seminar və elmi-praktik konfransların keçirilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
39. |
Alternativ və bərpa olunan enerji üzrə beynəlxalq konfransın keçirilməsi |
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi |
40. |
Sənayenin müxtəlif sahələrinə dair sərgilər keçirilməsinin dəstəklənməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
41. |
Müdafiə sənayesi beynəlxalq sərgisinin keçirilməsi |
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, aidiyyəti dövlət orqanları |
42. |
İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri sərgisinin keçirilməsi |
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
43. |
Sənaye və texnologiyalar üzrə jurnalistlər arasında yazı müsabiqəsinin keçirilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
44. |
Sənaye müəssisələri arasında müxtəlif nominasiyalar üzrə qaliblərin müəyyən edilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
45. |
Azərbaycanda sənayenin inkişafı mövzusunda beynəlxalq konfransın keçirilməsi |
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi |
13 Mart 2014, 09:03
24 İyul 2023, 12:07
Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 İyul 2023, 15:07
“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 İyul 2023, 15:07
“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
10 İyul 2023, 15:07
M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 İyul 2023, 15:07
C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
8 İyul 2023, 14:07
“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI ətraflı...
8 İyul 2023, 14:07
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 İyun 2023, 14:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 İyun 2023, 14:06
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
7 İyun 2023, 14:06
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...