8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik
Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar arzulayıram.
Azərbaycan qadınının cəmiyyətimizdə qazandığı yüksək mövqe və elmdə, təhsildə, mədəniyyətdə fəth etdiyi zirvələr bizim tarixi nailiyyətimiz, əbədi qürur mənbəyimizdir. Onun ictimai nüfuzu dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünü vahid məfkurə ətrafında birləşmiş şəkildə qarşılamağa hazırlaşan Azərbaycanın müasir həyatının diqqətəlayiq gerçəkliyidir. Azərbaycan xanımları ülvi amallar naminə zəngin ictimai fəaliyyətləri boyunca özlərinin daxili aləmlərinin ahəngdarlığını həmişə layiqincə qoruyub saxlamış, mürəkkəb sosial-siyasi dəyişikliklərin baş verdiyi ən müxtəlif dövrlərdə cəmiyyətimizin əsl mənəvi dayağı olmuşlar.
İnsan qəlbinin gözəlliklərinin tərənnümçüsü kövrək təbiətli qadın şair və musiqiçilərimizin, xeyirxahlıq, insanpərvərlik rəmzi qadın həkim və müəllimlərimizin adları yaxın keçmişimizin hər bir səhifəsini bəzəyir. Milliliklə müasirliyin vəhdətini mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan qadınının zərifliyi, saflığı və sədaqəti söz, sənət abidələrimizdə əhatəli bədii təcəssümünü tapmışdır. Xalqımızın onun cəmiyyət həyatında yaxından iştirakına münasibətinin nəticəsidir ki, Azərbaycanda qadın hərəkatının görkəmli xadimləri öz dərin zəkalarına, tükənməz potensiallarına güvənərək yeni tarixi şəraitdə böyük müvəffəqiyyətlər qazanmışlar.
İnanıram ki, sürətlə qloballaşan dünyada gənc nəslin çoxəsrlik tarixi-mədəni irsimizə ehtiram, vətənpərvərlik və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda yetişdirilməsi üçün siz bundan sonra da əlinizdən gələni əsirgəməyəcək, bütün gücünüzü, istedad və bacarığınızı ölkənin intellektual-mənəvi sərvətlərinin zənginləşdirilməsi yolunda səfərbər edəcəksiniz.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.
7 Mart 2016, 09:0316 Dekabr 2022, 07:12
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 Dekabr 2022, 10:12
N.A.Paşayevanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Dekabr 2022, 08:12
O.İ.Zalovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Dekabr 2022, 08:12
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 625-VIQD nömrəli Qanununun tətbiqi və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 534 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
9 Dekabr 2022, 08:12
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
9 Dekabr 2022, 08:12
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
6 Dekabr 2022, 16:12
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 616-VIQD nömrəli Qanununun tətbiqi və “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
6 Dekabr 2022, 16:12
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
6 Dekabr 2022, 16:12
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 619-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
6 Dekabr 2022, 16:12
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...