Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254; Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 106-2.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“106-2.2. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri mərkəzi depozitar tərəfindən aparılmalıdır.”.

2. 135.1-ci maddənin ikinci cümləsində “və” sözündən sonra “sənədli” sözü əlavə edilsin.

3. 182.2-ci maddənin ikinci cümləsində “pula,” sözündən sonra “sənədli” sözü əlavə edilsin.

4. 194.5-ci maddədə “Orderli” sözü “Adlı sənədli” sözləri ilə əvəz edilsin.

5. 303.5-ci maddədə “Qiymətli” sözü “Sənədli qiymətli” sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 403-1-ci maddə əlavə edilsin:

“Maddə 403-1. Törəmə maliyyə alətləri

403-1.1. Törəmə maliyyə aləti hər hansı baza aktivini almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Baza aktivi qismində qiymətli kağız, valyuta, faiz dərəcəsi, gəlirlik, törəmə maliyyə aləti, əmtəə, maliyyə indeksi, kredit riski və s. çıxış edə bilər.

403-1.2. Törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə yerləşdirilməsi və tədavülü qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

403-1.3. Törəmə maliyyə alətlərinə fyuçers, opsion və svop aiddir.

403-1.4. Fyuçers baza aktivinin müəyyənləşdirilmiş növdə və sayda əvvəlcədən razılaşdırılmış tarixə və qiymətə alğı-satqısı üzrə törəmə maliyyə alətidir.

403-1.5. Opsion sahibinə birtərəfli qaydada baza aktivini almaq, satmaq və ya svop etmək hüququnu verən törəmə maliyyə alətidir.

403-1.6. Svop iki tərəf arasında eyni növ baza aktivlərinin dəyişdirilməsi üzrə törəmə maliyyə alətidir.”.

7. 532.1-ci maddənin birinci cümləsində “pulları və ya” sözlərindən sonra “sənədli” sözü əlavə edilsin.

8. 826.2-ci maddədə “və ya” sözlərindən sonra “sənədli” sözü əlavə edilsin.

9. 828-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“828.1. Anbar sahibi saxlamağa qəbul edilmiş mallar üçün əmtəə kağızları yazıb verə bilər. Əmtəə kağızı sahibinin həmin kağızda göstərilən əmtəəyə dair sərəncam vermək və bu əmtəəni almaq hüququnu təsbit edən (anbar şəhadətnaməsi, konosament və s.) sənəddir.

828.2. Əmtəə kağızları yük verənin və ya mal sahibinin adına yazıla bilər.

828.3. Əgər hər hansı mala əmtəə kağızı yazılmışdırsa, anbar sahibi həmin malı yalnız bu sənəddə göstərilmiş ixtiyarlı şəxsə verə bilər və verməlidir.

828.4. Əmtəə kağızlarında aşağıdakı məlumatlar göstərilməlidir:

828.4.1. sənədin tərtib edildiyi yer və tarix, sənədi vermiş şəxsin imzası;

828.4.2. sənədi vermiş şəxsin adı və yaşayış yeri və ya olduğu yer;

828.4.3. malları anbarda saxlayan şəxsin və ya göndərənin adı və yaşayış yeri və ya olduğu yer;

828.4.4. saxlanılan və ya saxlanmağa verilən malların keyfiyyəti, miqdarı və əlamətləri göstərilməklə adı;

828.4.5. tutulmalı olan və ya qabaqcadan ödənilmiş ödənişlər;

828.4.6. maraqlı şəxslərin mallarla rəftar barəsində qəbul etdikləri xüsusi sazişlər;

828.4.7. əmtəə kağızlarının nüsxələrinin sayı;

828.4.8. həmin sənəd üzrə ixtiyarlı şəxsin adının göstərilməsi və ya əmr barədə qeyd-şərt və ya təqdim edənin göstərilməsi.

828.5. Bir neçə əmtəə kağızından biri girovun müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşsa, bu cür sənəd girov şəhadətnaməsi (varrant) adlandırılmalı və qalan məlumatlarına görə əmtəə kağızı şəklində olmalıdır. Digər nüsxələrdə girov şəhadətnaməsinin verildiyi qeyd edilməli, tələbin məbləği və ödəniş müddəti göstərilməklə hər bir girov qoyma əks etdirilməlidir.

828.6. Saxlanılan və ya yola salınmış mallar üçün şəhadətnamələr əmtəə kağızlarının forması haqqında qanuni göstərişlər pozulmaqla verildikdə bunlar əmtəə kağızları deyil, alınma haqqında qəbzlər və ya digər təsdiqləyici sənədlər sayılır.

828.7. Anbar sahiblərinin səlahiyyətli orqanlardan qanunla verilməli icazəni almadan verdikləri şəhadətnamələr forma barədə qanuni göstərişlərə uyğun gəlirsə, əmtəə kağızları sayılır.

828.8. Konosament mala dair sərəncam sənədindən ibarət əmtəə kağızı olub, onun sahibinin konosamentdə göstərilən yükə dair sərəncam vermək və daşıma başa çatdıqdan sonra yükü almaq hüququnu təsdiqləyir. Konosament adsız və ya adlı ola bilər.

828.9. Qoşa anbar şəhadətnaməsi anbar sahibi tərəfindən malın saxlanmağa qəbul olunmasını təsdiqləyən əmtəə kağızıdır. Qoşa anbar şəhadətnaməsi iki hissədən - anbar şəhadətnaməsindən və girov şəhadətnaməsindən (varrantdan) ibarətdir və bunlar ayrı-ayrılıqda əmtəə kağızlarıdır.

828.10. Adi anbar şəhadətnaməsi anbar sahibi tərəfindən malın saxlanmağa qəbul olunduğunu təsdiqləyən əmtəə kağızıdır.”.

10. 832-ci maddənin adında “pulların,” sözündən sonra və mətninin birinci cümləsində “pulları,” sözündən sonra “sənədli” sözü əlavə edilsin.

11. 953.2-ci maddənin üçüncü cümləsində “adsız” sözündən sonra “sənədli” sözü əlavə edilsin.

12. 53-cü fəslə aşağıdakı məzmunda 5-ci paraqraf əlavə edilsin:

“§ 5. Çek

Maddə 986-1. Çek anlayışı və onun məzmunu

986-1.1. Çek ifadə etdiyi pul məbləğinin çek sahibinə ödənilməsi barədə çek verənin banka verdiyi və heç nə ilə şərtləndirilməyən yazılı sərəncamından ibarətdir.

986-1.2. Çekdə aşağıdakı rekvizitlər göstərilməlidir:

986-1.2.1. sənədin mətninə daxil edilmiş “çek” adı;

986-1.2.2. müəyyən pul məbləğini ödəmək barədə sadə və heç nə ilə şərtləndirilməyən tapşırıq;

986-1.2.3. ödənişi icra etməli olan bankın adı;

986-1.2.4. ödəniş yeri;

986-1.2.5. çekin tərtib olunduğu tarix və yer;

986-1.2.6. çek verənin imzası.

986-1.3. Bankların yalnız elə çek blankları verməsinə icazə verilir ki, orada mətbəə üsulu ilə çap edilmiş aşağıdakı məlumatlar olsun: ödəyici bankın adı, ünvanı və telefon nömrəsi, çek verənin (hesab sahibinin) adı və ünvanı, habelə ödəyici bankın hesab nömrəsi.

986-1.4. Çeklərə hesablaşma çeki, bank çeki, pul çeki və yol çeki aiddir.

986-1.5. Hesablaşma çeki hesablardan nağdsız qaydada hesablaşmaların aparılmasını nəzərdə tutan çekdir.

986-1.6. Bank çeki bir bankın başqa banka banklararası hesablaşmaların aparılması üçün təqdim etdiyi çekdir.

986-1.7. Pul çeki müştərinin bankda olan hesabından nağd pul vəsaitini almaq üçün yazılı sərəncamdan ibarət olan çekdir.

986-1.8. Yol çeki bir məntəqədə verilmiş çekdə imza nümunəsi göstərilən çek sahibinə çekdə yazılmış məbləği ödəməyi üzərinə götürən təşkilatın öhdəliyi olub, digər məntəqədə nağdlaşdırılan çekdir. Yol çeklərinin ödənilməsi sahibinin imzası əsasında çekin emitenti, onun filialı və yaxud emitentin göstərdiyi digər təşkilat tərəfindən həyata keçirilir.

Maddə 986-2. Veksellər haqqında müddəaların çeklərə tətbiqi

Vekselin aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin 1005.2.4-cü, 1006-cı, 1009-1012-ci maddələrinin müddəaları çeklərdən irəli gələn münasibətlərin tənzimlənməsinə də tətbiq edilir.

Maddə 986-3. Çekin təminatı tələbi

986-3.1. Çek yalnız o hallarda verilə bilər ki, çek verənin bankdakı hesablarında vəsaiti və həmin vəsaitə dair çeklər vasitəsilə sərəncam vermək hüququ olsun.

986-3.2. Çekin ödənilməsi üçün çek verənin vəsaiti və ya ona verilmiş kredit kifayət etmədikdə bankın çeki ödəməkdən imtina etmək hüququ vardır. Bank təmin olunmamış məbləği ödədikdə, çek sahibinin hüquqları ona keçir. Bank çeki tamamilə və ya qismən ödəməkdən imtina etdikdə, aşağıdakı nəticələr baş verməlidir:

986-3.2.1. çek verən, yaxud tamamilə və ya qismən ödənilməmiş çeki çek verənin əvəzinə imzalamış şəxs birgə borclular kimi, çek məbləğinin ödənilməmiş hissəsinin 6 faizi miqdarında zərərin əvəzini çek sahibinə ödəməlidirlər. Çek sahibinin başqa zərərin əvəzinin ödənilməsi tələbini həyata keçirmək hüququ saxlanılır;

986-3.2.2. bank təminat olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini çekin özündə qeyd etməli və ləngimədən onu çek sahibinə göndərməli, bu barədə belə çekləri imzalamış çek verənlərin reyestrini tərtib edən Azərbaycan Respublikasının Mərkəzi Bankına dərhal bildiriş göndərməlidir;

986-3.2.3. təmin olunmamış çeki verənin bir il ərzində çeklər verməsinə icazə verilmir və o özündə olan bütün çek blanklarını dərhal ödəyici banka və müştərisi olduğu bütün başqa banklara qaytarmalıdır. Ödəyici bank bunu yazılı şəkildə dərhal çek verəndən və hesablardakı vəsaitə dair sərəncam verməyə ixtiyarı olan bütün şəxslərdən tələb etməli və bundan sonra çek verməyi onlara qadağan etməlidir;

986-3.2.4. bu tələbdən sonra bir ay müddətində çek verən çek sahibi barədə çek məbləğinin ödənilməmiş hissəsini ödədiyini, habelə bu Məcəllənin 986-3.2.1-ci maddəsinə uyğun olaraq zərərin əvəzini ödədiyini, yaxud həmin məbləğlərin tam ödənilməsi üçün ödəyici bankın kifayət qədər vəsaitə malik olması qayğısına qaldığını ödəyici banka sübut edərsə, bu Məcəllənin 986-3.2.3-cü maddəsinə uyğun olaraq çeklərin verilməsinin qadağan edilməsinin gələcək üçün qüvvəsi olmur.

Maddə 986-4. Çekin aksept edilməsinin istisna olunması

Ödəyici çeki aksept etməməlidir. Çekdə aksept barədə yazılan qeyd etibarsız sayılır.

Maddə 986-5. Çek üzrə ödənişi almağa ixtiyarlı şəxsin adı

986-5.1. Çek yazıla bilər:

986-5.1.1. müəyyən şəxsin adına;

986-5.1.2. təqdim edənə (adsız).

986-5.2. Çek “və ya təqdim edənə” qeyd-şərti ilə, yaxud bu cür məna ifadə edən qeyd-şərtlə müəyyən şəxsə verilərsə, adsız çek sayılır.

986-5.3. Sahibinin adı göstərilməyən çek adsız çek sayılır.

986-5.4. Çek, çek verənin özünə verilə bilər.

Maddə 986-6. Çekdə faizlər barədə yazılan qeyd-şərtin etibarsızlığı

Çekdə faizlər barədə yazılan qeyd-şərt etibarsız sayılır.

Maddə 986-7. Çekin başqasına verilməsi

986-7.1. Müəyyən şəxsə verilmiş və ödənişə təqdim olunmuş çek indossament vasitəsilə başqa şəxsə verilə bilər.

986-7.2. Çek indossament vasitəsilə həmçinin çek verənə və çek üzrə mükəlləfiyyətli hər hansı şəxsə verilə bilər. Öz növbəsində bu şəxslər də çeki indossament edə bilərlər.

986-7.3. Ödəyici bankın indossamenti etibarsızdır. Adsız indossament blanklı indossament sayılır. Bankın bir neçə şöbəsinin (filialının) olduğu və indossamentin çekin verildiyi şöbənin deyil, başqa şöbənin xeyrinə edildiyi hallar istisna olmaqla, bank üçün indossamentin yalnız ödəniş qəbzi qüvvəsi vardır.

986-7.4. Vekselin aksept edilməsinə dair müddəalar istisna olmaqla, bu Məcəllənin 993.3-cü, 993.4-cü, 1018-ci və 1020-ci maddələrinin müddəaları çeklərə də tətbiq edilir.

Maddə 986-8. Çek sahibinin xeyrinə ehtimal. Çekin itirilməsi

986-8.1. Çek sahibinin xeyrinə ehtimala bu Məcəllənin 1019.1-ci maddəsi tətbiq edilir.

986-8.2. Çek sahibi çeki itirdikdə, əlində çek olan şəxs, onun adsız çek və ya indossament vasitəsilə verilən çek olmasına baxmayaraq, çeki yalnız o halda qaytarmağa borcludur ki, onu vicdansız yolla əldə etmiş olsun və ya əldə edərkən kobud ehtiyatsızlıq etmiş olsun.

Maddə 986-9. Çek zaminliyi (aval)

Çek məbləğinin ödənişinə avalçı tərəfindən aval (çek zaminliyi) vasitəsilə tamamilə və ya qismən qarantiya verilə bilər. Ödənişə belə qarantiyanı, ödəyici bank istisna olmaqla, hər hansı üçüncü şəxs və ya artıq çekdə imzası olan şəxs verə bilər.

Maddə 986-10. Çekin ödənişə təqdim olunması

986-10.1. Çek təqdim olunduqda ödənilməlidir. Hər cür başqa göstəriş etibarsız sayılır.

986-10.2. Tərtib edildiyi ölkədə ödənilməli olan çek bir ay müddətində ödənişə təqdim olunmalıdır. Verildiyi ölkədə deyil, başqa ölkədə ödənilməli olan çek, verilmə yeri ilə ödəniş yeri eyni qitədədirsə, iki ay müddətində, müxtəlif qitələrdədirsə, üç ay müddətində ödənişə təqdim edilməlidir. Həm də Müstəqil Dövlətlər Birliyinin üzvü olan bir dövlətin ərazisində verilən və Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər dövlətin ərazisində ödənilməli olan çeklər eyni qitədə verilən və ödənilməli olan çeklər sayılır. Yuxarıda göstərilən müddətlərin axımı çekdə onun verilmə günü kimi göstərilən gündən başlanır.

986-10.3. Əgər çek onun verildiyi yerin təqvimindən fərqlənən başqa təqvimin qüvvədə olduğu yerdə ödənilməlidirsə, ödəniş yerinin təqviminə əsasən verilmə gününə uyğun tarix və bundan asılı olaraq ödəniş müddəti müəyyənləşdirilir.

Maddə 986-11. Çekin geri götürülməsi

986-11.1. Çekin geri götürülməsi yalnız onun təqdim edilmə müddəti qurtardıqdan sonra etibarlıdır.

986-11.2. Çek geri götürülmədikdə, bank çekin təqdim edilmə müddəti qurtardıqdan sonra da ödənişi icra edə bilər.

986-11.3. Çek verən özünün və ya hər hansı üçüncü şəxsin çeki itirdiyini təsdiq edirsə, ödəyiciyə ödənişin icrasını qadağan edə bilər.

Maddə 986-12. Çek verənin ölməsinin, fəaliyyət qabiliyyətini itirməsinin və ya ödəmə qabiliyyətli olmamasının nəticələri

Çek verildikdən sonra çek verənin ölməsi və ya fəaliyyət qabiliyyətini itirməsi və ya ödəmə qabiliyyətli olmamasının elan edilməsi çekin etibarlığına təsir göstərmir.

Maddə 986-13. Çek üzrə ödəniş və ödənişə dair qəbz. Xarici valyutada verilən çeklər

Çek üzrə ödənişlərə, ödənişə dair qəbz verilməsinə və xarici valyutada çeklərə bu Məcəllənin 1028-ci, 1029.4-cü və 1030-cu maddələri müvafiq surətdə tətbiq olunur.

Maddə 986-14. Cızıqlı çek

986-14.1. Çek verən, habelə hər hansı çek sahibi bu Məcəllənin 986-14.2-986-14.6-cı maddələrində nəzərdə tutulan nəticələr ilə çeki cızıqlaya bilər. Cızıqlama çekin üz tərəfinə iki paralel xətt çəkməklə aparılır. Cızıqlama ümumi və ya xüsusi ola bilər. Xətlər arasında heç bir göstəriş və ya “bank” qeydi və ya eyni mənalı başqa qeyd yoxdursa, cızıqlama ümumi sayılır. Xətlər arasında bankın adı yazılmışsa, cızıqlama xüsusi sayılır. Ümumi cızıqlama xüsusiyə çevrilə bilər, lakin xüsusi cızıqlama ümumiyə çevrilə bilməz. Cızıqlamanın və ya göstərilmiş bankın adının qaralanması etibarsız sayılır.

986-14.2. Ödəyici ümumi cızıqlaması olan çeki yalnız banka və ya öz müştərisinə ödəyə bilər.

986-14.3. Xüsusi cızıqlaması olan çeki ödəyici yalnız göstərilmiş banka və ya əgər bu bankın özü ödəyicidirsə, həmin bankın müştərisinə ödəyə bilər. Göstərilən bank çeki qəbul etməyi digər banka tapşıra bilər.

986-14.4. Bank cızıqlı çeki yalnız öz müştərisindən və ya başqa bankdan qəbul edə bilər.

986-14.5. Bir neçə xüsusi cızıqlaması olan çeki ödəyici yalnız o halda ödəyə bilər ki, çekin üzərində ikidən çox cızıqlama aparılmasın.

986-14.6. Yuxarıdakı göstərişləri yerinə yetirməyən ödəyici və ya bank vurulan zərərin əvəzini çekin məbləğindən artıq olmayan miqdarda ödəməyə borcludur.

Maddə 986-15. Hesablaşma çeki

986-15.1. Çek verən, habelə hər hansı çek sahibi çekin üz tərəfində “hesablaşma” qeydi və ya eyni mənalı başqa qeyd yazmaqla, çekin nağd pulla ödənilməsini qadağan edə bilər. Bu halda ödəyici çekin ödənişini yalnız hesabdan hesaba keçirmə yolu ilə (hesablaşma, köçürmə, nağdsız hesablaşmalar) icra edə bilər. Hesabda yazı ödəniş sayılır. “Hesablaşma” qeydinin pozulması etibarsız sayılır. Yuxarıdakı göstərişləri yerinə yetirməyən ödəyici vurulan zərərin əvəzini çekin məbləğindən artıq olmayan miqdarda ödəməyə borcludur.

986-15.2. Əgər ödəyici ödəmə qabiliyyəti olmayan elan edilmişsə və ya o, ödənişlərin icrasını dayandırmışsa və ya tutmanın onun əmlakına yönəldilməsi nəticəsiz qalmışsa, hesablaşma çekinin sahibi ödəyicidən çeki nağd pulla ödəməyi tələb edə bilər, çek ödənilmədikdə isə özünün reqres hüququnu həyata keçirə bilər. Banklar haqqında qanuna əsasən görülən tədbirlər nəticəsində çek sahibi özünün ödəyicidəki hesablarına dair sərəncam verə bilmədikdə də bu qayda tətbiq olunur.

986-15.3. Hesablaşma çeki sahibinin, bundan əlavə, iddia vermək hüququ vardır, amma o sübut etməlidir ki, ödəyici hesabda sadə və heç nə ilə şərtləşdirilməyən qeyd yazmaqdan imtina edir və ya ödəniş yeri üzrə müvafiq hesablaşma orqanı öhdəliklərin ödənilməsi məqsədi ilə nağdsız hesablaşmalar aparılması üçün çeki yararsız elan etmişdir.

Maddə 986-16. Çek üzrə ödəməmə nəticəsində iddia

986-16.1. Ödənişə vaxtında təqdim olunan çek ödənilmədikdə çek sahibi indossantlara, çek verənə və çek üzrə digər mükəlləfiyyətli şəxslərə iddia verə bilər.

986-16.2. Çek sahibi iddia verdiyi şəxsdən aşağıdakıları tələb edə bilər:

986-16.2.1. çek ödənilməyibsə, çek məbləğinin ödənilməsini;

986-16.2.2. faizlərin ödənilməsini;

986-16.2.3. xərclərin ödənilməsini;

986-16.2.4. faizin üçdəbirindən çox olmayan miqdarda penya.

986-16.3. Əgər çekin vaxtında təqdim edilməsinə qarşısıalınmaz maneə əngəl törədirsə, çeklərin ödənişə təqdim edilməsi müddətlərinin uzadılmasına bu Məcəllənin 1042-ci maddəsi tətbiq olunur.

Maddə 986-17. Saxta çek

Qəlp və ya saxta çekin ödənişi ilə əlaqədar zərəri ödəyici çəkir, bu şərtlə ki, çekdə göstərilən çek verən təqsirli olmasın, məsələn, ona tapşırılmış çek blanklarını etinasız saxlamış olmasın.

Maddə 986-18. Çekin mətninin dəyişdirilməsi

Çekin mətninin dəyişdirilməsinə bu Məcəllənin 1045-ci maddəsi tətbiq edilir.

Maddə 986-19. Çek öhdəlikləri üzrə iddia müddətləri

Çek sahibinin indossantlara, çek verənə və çek üzrə digər mükəlləfiyyətli şəxslərə qarşı çekdən irəli gələn iddia tələbləri təqdimetmə müddəti qurtardıqdan bir il sonra ödənilir. Çek üzrə mükəlləfiyyətli olan bir şəxsin çek üzrə mükəlləfiyyətli olan digər şəxsə iddia tələbləri çekin mükəlləfiyyətli şəxs tərəfindən ödənildiyi və ya məhkəmə qaydasında ondan çek üzrə ödənişin tutulduğu gündən bir il sonra ödənilir.

Maddə 986-20. Çekin etibarsız elan edilməsi

Çekin etibarsız elan edilməsinə bu Məcəllənin 1047-ci maddəsi tətbiq olunur.

Maddə 986-21. Çekin ödənişə təqdim edilməsi müddətlərinin hesablanması

Çek ödənişə yalnız iş günləri təqdim olunmalıdır. Təqdimetmə müddətinin son günü bazar gününə və ya başqa qeyri-iş gününə düşdükdə, müddət növbəti iş gününədək uzadılır. Müddət ərzində olan qeyri-iş günləri müddət hesablanarkən nəzərə alınır.”.

13. 987.1-ci və 987.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“987.1. Qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir. Emitent qiymətli kağızı emissiya etmiş, buraxmış və ya vermiş şəxsdir.

987.2. Qiymətli kağızların növləri, məcburi rekvizitləri, onlara aid tələblər, qiymətli kağızlar və qiymətli kağız bazarı ilə bağlı münasibətlər bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.

14. 988-ci maddə üzrə:

14.1. 988.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“988.1. Qiymətli kağızda emitentə qarşı təsbit edilmiş hər hansı tələb həmin qiymətli kağızla təsdiqlənir. Belə tələbin etibarlılığı onu əmələ gətirən əqdin mövcudluğundan və ya etibarlılığından asılı deyildir. Qiymətli kağızla təsdiqlənmiş öhdəliyin icrasından onun əsasının olmamasına və ya onun etibarsızlığına istinadla imtina edilməsinə yol verilmir.”;

14.2. 988.2-ci maddənin birinci cümləsi çıxarılsın və ikinci cümləsində “Borclu qiymətli kağızla təsdiqlənən kreditora” sözləri “Emitent qiymətli kağızın mülkiyyətçisinə” sözləri ilə əvəz edilsin;

14.3. 988.3-cü maddənin birinci cümləsində “borclu” sözü “emitent” sözü, “qanuni sahibi” sözləri “mülkiyyətçisi” sözü, ikinci cümləsində isə “qanuni sahibinin” sözləri “mülkiyyətçisinin” sözü ilə əvəz edilsin;

14.4. 988.4-cü maddə ləğv edilsin;

14.5. 988.5-ci maddədə “sahibi” sözü “mülkiyyətçisi” sözü ilə əvəz edilsin.

15. 989-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“989.1. Mülkiyyətçisinin adı üzərində təsbit edilən və ya mülkiyyət hüququ mərkəzi depozitarda qeydiyyata alınmış qiymətli kağız adlı qiymətli kağızdır.

989.2. Adlı qiymətli kağız üzrə borclu icranı yalnız özünün adına qiymətli kağız verilmiş və ya digər qaydada qiymətli kağıza mülkiyyət hüququnu əldə etmiş şəxs kimi, yaxud həmin şəxsin hüquq varisi kimi təsdiq edən şəxs həyata keçirməlidir. Əgər borclu icranı bu cür təsdiq olmadan həyata keçirsə, o, qiymətli kağıza dair öz hüququnu sübut edəcək üçüncü şəxs qarşısında öhdəliyindən azad edilmir.”.

16. 990.1-ci və 990.2-ci maddələrdə “borclu” sözü “emitent” sözü ilə əvəz edilsin.

17. 991-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 991. Sənədli qiymətli kağızlar

991.1. Sənədli qiymətli kağız saxtalaşdırma imkanlarını aradan qaldırmaq məqsədi ilə xüsusi qaydada hazırlanmış kağız blanklarda (sertifikatda) çap edilmiş qiymətli kağız formasıdır.

991.2. Sənədli qiymətli kağız blanklarına və onları hazırlayan şəxslərə aid tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

18. 992-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 992. Qiymətli kağızların dövlət qeydiyyatı

Qiymətli kağızlar (investisiya fond payı istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.”.

19. 992-1-ci maddə ləğv edilsin.

20. 993-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 993. Qiymətli kağıza mülkiyyət hüququnun əmələ gəlməsi və ötürülməsi

993.1. Sənədsiz qiymətli kağızlara mülkiyyət hüququ buraxılış zamanı həmin qiymətli kağızın ilk mülkiyyətçiyə özgəninkiləşdirilməsindən sonra mərkəzi depozitarda qeydə alındığı andan əmələ gəlir. Sənədli qiymətli kağızlara mülkiyyət hüququ həmin qiymətli kağızların ilk mülkiyyətçiyə özgəninkiləşdirildiyi andan əmələ gəlir.

993.2. Mülkiyyətçi qiymətli kağıza mülkiyyət hüququnu bu Məcəllənin 1078-20-ci maddəsində göstərilən qaydada əqdlərin bağlanması yolu ilə başqa şəxsə ötürə bilər.

993.3. Bu Məcəllənin 993.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada sənədsiz qiymətli kağızı əldə edən şəxsin mülkiyyət hüquqları həmin qiymətli kağızların ötürülməsinin mərkəzi depozitarda qeydiyyatı ilə, sənədli qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları isə müvafiq əqdin bağlanması ilə yaranır.

993.4. Qiymətli kağıza mülkiyyət hüququ başqasına verildikdə və bu Məcəllənin 1078-21-ci maddəsində nəzərdə tutulmuş digər şərtlər yerinə yetirildikdə qiymətli kağızla təsdiqlənmiş bütün hüquqlar əldə edənə keçir, bu şərtlə ki, həmin qiymətli kağızı başqasına vermək hüququ mövcud olsun.

993.5. Əgər müqavilədə və ya qiymətli kağızın özündə nəzərdə tutulubsa, digər şəxslərin, xüsusən də emitentin iştirakı qiymətli kağıza mülkiyyət hüququnun verilməsi üçün zəruridir.”.

21. 994-cü maddənin adında və birinci cümləsində “Qiymətli” sözü “Sənədli qiymətli” sözləri, birinci cümləsində “sahibi kağızı vermiş şəxsdən” sözləri “mülkiyyətçisi emitentdən” sözləri ilə əvəz edilsin, ikinci cümləsində “korlanmış” sözündən sonra “sənədli” sözü əlavə edilsin, “sahibi” sözü isə “mülkiyyətçisi” sözü ilə əvəz edilsin.

22. 995-ci maddə üzrə:

22.1. adında “Qiymətli” sözü “Sənədli qiymətli” sözləri ilə əvəz edilsin;

22.2. 995.1-ci maddəsinin birinci cümləsində “Əgər qiymətli” sözləri “Sənədli qiymətli” sözləri, “ixtiyarlı şəxsin” sözləri “onun mülkiyyətçisinin” sözləri, hər iki halda “borclu” sözü “emitent” sözü ilə əvəz edilsin, ikinci cümləsində “Əgər orderli və ya adsız” sözləri “Adsız” sözü, “mükəlləfiyyətliyə” sözü isə “emitentə” sözü ilə əvəz edilsin;

22.3. 995.2-ci maddənin birinci cümləsində “Qiymətli” sözü “Sənədli qiymətli” sözləri, “bu qiymətli kağız əsasında ixtiyarlı” sözləri “onun mülkiyyətçisi” sözləri, ikinci cümləsində “sahibliyini” sözü “mülkiyyət hüququnu” sözləri ilə əvəz edilsin, üçüncü cümləsi isə çıxarılsın.

23. 996-cı maddə üzrə:

23.1. 996.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“996.1. Sənədsiz qiymətli kağız mülkiyyətçisinin adı və digər rekvizitləri mərkəzi depozitardakı yazıda əks olunmuş elektron sənəd formasında olan qiymətli kağızdır. Elektron sənəd haqqında qanunvericilik sənədsiz qiymətli kağızlara tətbiq edilmir.”;

23.2. 996.3-cü və 996.4-cü maddələr ləğv edilsin.

24. 997-ci maddə üzrə:

24.1. 997.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“997.1. Qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir.”;

24.2. 997.2-ci maddəyə aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin:

“İnvestisiya qiymətli kağızları sənədsiz adlı formada buraxılır. İnvestisiya qiymətli kağızlarının emissiyası qaydası “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.”;

24.3. 997.3-cü maddədə “Orderlər, çeklər və veksellər” sözləri “Veksellər” sözü ilə əvəz edilsin;

24.4. 997.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“997.4. Depozitar qəbzi baza aktivi (xarici emitentin qiymətli kağızı) üzrə hüquqları təsdiqləyən və mülkiyyətçisinə onu buraxmış emitentdən, həmin qəbzin baza aktivi olan xarici emitentin qiymətli kağızları və onlarla təsdiqlənmiş hüquqları tələb etmək hüququ verən qiymətli kağızdır. Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

24.5. 997.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“997.5. İnvestisiya fond payı öz mülkiyyətçisinin paylı investisiya fondunda payına mülkiyyət hüquqlarını təsdiq edən, paylı investisiya fondu ləğv edildikdən sonra fondun aktivlərinin satışından payına müvafiq pul vəsaitlərini almaq hüququnu, habelə “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər hüquqları verən sənədsiz adlı qiymətli kağızdır.”;

24.6. 997.8-ci maddədə “Məcəllə” sözündən sonra “və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri əlavə edilsin;

24.7. 997.9-cu maddə ləğv edilsin.

25. 54-cü fəslin 2-ci, 4-cü, 7-ci, 10-cu, 12-ci, 13-cü, 15-ci, 16-cı, 17-ci və 18-ci paraqrafları ləğv edilsin.

26. 1004-cü maddədə “orderli” sözü “adlı” sözü ilə əvəz edilsin.

27. 1048-1.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“1048-1.4. Xəzinə vekseli onun buraxıldığı büdcə ili ərzində ödənilməlidir.”.

28. 1070-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 1070. İstiqraz anlayışı

İstiqraz emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır.”.

29. 1076-cı maddə ləğv edilsin.

30. 1076-1-ci maddə üzrə:

30.1. 1076-1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1076-1.1. Təmin edilmiş istiqrazlar onlardan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin olunan istiqrazlardır.”;

30.2. 1076-1.4-cü maddənin ikinci cümləsində “rəhbəri” sözü “təkbaşına icra orqanı və ya kollegial icra orqanının bütün üzvləri” sözləri ilə əvəz edilsin;

30.3. 1076-1.6-cı maddə ləğv edilsin.

31. 1076-2-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“1076-2.1. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı həmin təminatın qanunvericiliyin və emissiya prospektinin tələblərinə cavab verməsinə nəzarət məqsədi ilə istiqrazların mülkiyyətçilərinin xeyrinə öz adından təminatı girov saxlayan qismində çıxış edən investisiya şirkəti, mərkəzi depozitar və ya bankdır. Emitentlə sərəncamçı arasında qarşılıqlı asılılıq olmamalıdır.

1076-2.2. Sərəncamçı emitentin istiqrazların emissiyası haqqında qəbul olunmuş qərarında müəyyənləşdirilir və emitentlə bağlanılmış müqavilə əsasında fəaliyyət göstərir.

1076-2.3. Sərəncamçı qanunvericiliyin və emissiya prospektinin tələblərinə uyğun olmayan hərəkət və ya hərəkətsizliyə yol verdikdə və ya bu Məcəllədə sərəncamçıya dair müəyyən edilmiş tələblərə cavab vermədikdə, emitent müvafiq icra hakimiyyəti orqanının tələbi ilə sərəncamçını digər şəxslə əvəz etməlidir.

1076-2.4. Sərəncamçı öz hüquq və vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilməsin.”.

32. 1076-3-cü maddə üzrə:

32.1. 1076-3.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1076-3.1. Girovla təmin edilmiş istiqrazlar üzrə girov predmeti investisiya qiymətli kağızları, daşınmaz əmlak sertifikatları, daşınmaz və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ qeydə alınan daşınar əşyalar, habelə bu Məcəllənin 1076-6-cı maddəsi ilə müəyyən edilmiş ipoteka örtüyü ola bilər.”;

32.2. 1076-3.2-ci maddədə “sahibi” sözü “mülkiyyətçisi” sözü, “sahibləri” sözü isə “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin;

32.3. 1076-3.4-cü maddə ləğv edilsin;

32.4. 1076-3.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1076-3.5. Girovla təmin edilmiş istiqrazlar dövlət qeydiyyatına alınmazdan əvvəl girovun predmeti olan qiymətli kağızlar (adsız qiymətli kağızlar daxil olmaqla) “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə depozitar sistemində deponentləşdirilərək onların girovu qeydiyyata alınır.”;

32.5. 1076-3.6-cı maddədə “dondurulduqdan sonra, girovqoyan” sözləri “üzrə hüquqlar məhdudlaşdırıldıqdan sonra, girov qoyan” sözləri ilə əvəz edilsin;

32.6. 1076-3.7-ci maddənin birinci cümləsində “əmlak” sözü “əmlaka” sözü, “sahibinin” sözü “mülkiyyətçisinin” sözü, “ödənişə” sözü “tutma” sözü, ikinci cümləsində “sahibinin” sözü “mülkiyyətçisinin” sözü, “predmetini ödənişə” sözləri isə “predmetinə tutma” sözləri ilə əvəz edilsin;

32.7. 1076-3.8-ci maddənin birinci cümləsində “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin;

32.8. 1076-3.9-cu maddədə “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin.

33. Aşağıdakı məzmunda 1076-6-1076-13-cü maddələr əlavə edilsin:

“Maddə 1076-6. İpoteka istiqrazları

1076-6.1. İpoteka istiqrazları ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır.

1076-6.2. İpoteka örtüyünə əsas və əlavə aktivlər daxil edilir.

1076-6.3. Əsas aktivlər qismində yaşayış sahəsinin alınması üçün verilmiş və həmin, yaxud digər yaşayış sahəsinin ipotekası ilə təmin olunmuş kreditlərlə (ipoteka kreditləri) bağlı emitentin tələb hüquqları çıxış edir.

1076-6.4. Əlavə aktivlər ipoteka örtüyünün nominal dəyərinin 20 faizindən çox olmamaqla aşağıdakı tərkibdə ola bilər:

1076-6.4.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları;

1076-6.4.2. Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızları və ya emitentin Azərbaycan Respublikasının Mərkəzi Bankında saxlanılan depozitləri;

1076-6.4.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlətlərin və həmin dövlətlərin mərkəzi banklarının buraxdığı qiymətli kağızlar.

1076-6.5. Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə ayrı hal nəzərdə tutulmayıbsa, ipoteka istiqrazları yalnız ipoteka örtüyünə daxil olan əsas aktivlərin (ipoteka kreditlərinin) valyutasında ola bilər.

1076-6.6. İpoteka istiqrazlarının orta çəki metodu ilə hesablanmış ödəniş müddəti ipoteka örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə hesablanmış ödəniş müddətindən çox ola bilməz. Orta çəki metodu ilə ödəniş müddətlərinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1076-6.7. İpoteka istiqrazlarını yalnız kredit təşkilatları və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ipoteka kreditlərinin verilməsi məqsədi ilə yaradılmış qurumlar buraxa bilər.

1076-6.8. İpoteka istiqrazları üzrə emitentin öhdəlikləri tam və ya qismən həmin istiqrazların ipoteka örtüyünə daxil edilmiş aktivlərlə birgə bu Məcəllənin 1076-6.7-ci maddəsi ilə müəyyən edilmiş ipoteka istiqrazları buraxmaq hüququ olan üçüncü şəxslərə verilə bilər, bu şərtlə ki, belə hal emissiya prospektində nəzərdə tutulsun. Emitentin bu Məcəllənin 1076-13-cü maddəsi ilə müəyyən edilmiş müflisləşməsi və ya öhdəliklərini yerinə yetirməməsi halında emitentin öhdəlikləri üçüncü şəxslərə yalnız həmin maddə ilə nəzərdə tutulmuş qaydada keçməlidir.

Maddə 1076-7. İpoteka istiqrazları üzrə faizlər

1076-7.1. İpoteka istiqrazları öz mülkiyyətçilərinin ipoteka istiqrazlarının emissiya prospektində müəyyənləşdirilmiş məbləğdə və qaydada faiz almaq hüququnu təsbit etməlidir. Bu zaman faiz ödənişləri ipoteka istiqrazlarının buraxılış şərtlərinə uyğun olaraq, lakin ən azı ildə bir dəfə həyata keçirilməlidir.

1076-7.2. İpoteka örtüyünə daxil olan aktivlər üzrə faiz ödənişləri ipoteka istiqrazları üzrə faizlərin ödənilməsini təmin etməlidir.

1076-7.3. Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə ayrı hal nəzərdə tutulmayıbsa, ipoteka örtüyünə daxil olan ipoteka kreditləri sabit faizlərlə verilmiş olduqda ipoteka istiqrazları üzrə faizlər sabit, ipoteka örtüyünə daxil olan ipoteka kreditləri dəyişən faizlərlə verilmiş olduqda isə ipoteka istiqrazları üzrə faizlər dəyişkən olmalıdır. Dəyişən faizlər müəyyən edildikdə, ipoteka örtüyünə daxil olan ipoteka kreditləri üzrə faizlərlə ipoteka istiqrazları üzrə faizlər eyni faiz dərəcəsi bazasına bağlı olmalıdır.

Maddə 1076-8. İpoteka istiqrazlarının buraxılması xüsusiyyətləri

1076-8.1. İpoteka istiqrazlarının emissiya prospektində “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulmuş məlumatlardan başqa aşağıdakı məlumatlar olmalıdır:

1076-8.1.1. ipoteka örtüyünə daxil olan aktivlər barədə məlumat (dəyəri, tərkibi, borcların ödənilməsi şərtləri və qaydası);

1076-8.1.2. ipoteka istiqrazlarının vaxtından əvvəl ödənişi nəzərdə tutulduqda, bu halda ödənişin şərtləri, yaxud vaxtından əvvəl ödənişə yol verilmədikdə, bu barədə məlumat;

1076-8.1.3. ipoteka istiqrazlarının ödənişi ilə bağlı məlumatın dərc ediləcəyi kütləvi informasiya vasitələri barədə məlumat;

1076-8.1.4. sərəncamçı ilə bağlı məlumatlar.

1076-8.2. İpoteka istiqrazlarının vaxtından əvvəl ödənilməsi zamanı vaxtından əvvəl ödəniş bir buraxılışın bütün istiqrazlarına eyni şərtlərlə şamil olunur.

1076-8.3. Emitentin emissiya etdiyi ipoteka istiqrazlarının bir buraxılışı bir ipoteka örtüyü ilə təmin edilir. Bir ipoteka örtüyü ilə ipoteka istiqrazlarının bir neçə buraxılışının təmin edilməsinə yalnız əvvəlcədən qeydiyyata alınan emissiya prospektində nəzərdə tutulduğu halda yol verilir.

Maddə 1076-9. İpoteka örtüyünə dair tələblər

1076-9.1. İpoteka örtüyünə daxil olan aktivlər başqa öhdəliklərlə yüklü edilə bilməz və sərəncamçının icazəsi olmadan ipoteka örtüyünə daxil olan aktivlərə dair sərəncam verilə bilməz. Bu Məcəllənin 1076-13-cü maddəsində nəzərdə tutulmuş halların baş verməsinədək ipoteka örtüyünə daxil edilmiş aktivlərdən daxil olan pul vəsaitləri emitentin hesabında saxlanılır və onun öz mülahizəsi ilə istifadə olunur.

1076-9.2. İpoteka kreditinin verildiyi zaman yalnız müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri ilə qiymətləndirilmiş daşınmaz əmlakla bağlı hüquqlar ipoteka örtüyünə daxil edilir.

1076-9.3. Yaşayış üçün nəzərdə tutulmayan daşınmaz əmlakın, boş torpaq sahəsinin və tamamlanmamış tikintinin ipotekası ilə təmin edilmiş kreditlər ilə bağlı hüquqlar ipoteka örtüyünə daxil edilə bilməz.

1076-9.4. İpoteka istiqrazlarının likvidliyini artırmaq məqsədilə faiz nisbətinin daha aşağı həddi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə nəzərdə tutulmayıbsa, ipoteka predmetinin hesablanmış bazar dəyərinin 85 faizindən çox məbləğdə verilmiş ipoteka krediti üzrə hüquqlar ipoteka örtüyünə daxil edilmir.

1076-9.5. İpoteka örtüyünə daxil olan aktivlərin əsas borc məbləğləri üzrə dəyəri emitentin ipoteka istiqrazları üzrə ödəməli olduğu ümumi nominal dəyərin ən azı 110 faizini təşkil etməlidir. Bu zaman hesablamaya hər bir kredit üzrə əsas borcun həmin krediti təmin edən ipoteka predmetinin bazar dəyərinin yalnız 80 faizindən çox olmayan hissəsi daxil edilir.

1076-9.6. İpoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka kreditləri üzrə şərtlər kredit müddəti ərzində əsas borcun və faizlərin ən azı rübdə bir dəfə olmaqla yalnız pul formasında hissə-hissə ödənilməsini nəzərdə tutmalıdır.

1076-9.7. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeyri-standart kredit kimi təsnifləşdirilmiş kreditlər üzrə hüquqlar ipoteka örtüyünün tərkibinə daxil edilə bilməz.

1076-9.8. İpoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan daşınmaz əmlaklar ipoteka krediti üzrə öhdəliyin qüvvədə olduğu bütün müddət ərzində bazar qiyməti əsas götürülməklə və təmin etdiyi kreditin qalıq dəyərinin həcmindən az olmamaqla məhv olma və ya zədələnmə riskindən sığortalanmalıdır.

1076-9.9. İpoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka müqavilələrində ipoteka saxlayanın razılığı olmadan ipoteka qoyan tərəfindən ipoteka predmetinin özgəninkiləşdirilməsini, digər öhdəliklərlə yüklənməsini, habelə ona dair başqa sərəncam verilməsini (vəsiyyət etmə halları istisna olmaqla), eləcə də ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətləri qadağan edən şərt olmalıdır.

Maddə 1076-10. İpoteka örtüyünün reyestri

1076-10.1. İpoteka istiqrazlarının hər bir emitenti istiqrazların buraxılışı haqqında qərar qəbul etdikdə, istiqrazları təmin edən ipoteka örtüyünün reyestrini sərəncamçının nəzarəti altında yaratmalı və aparmalıdır.

1076-10.2. İpoteka örtüyünün reyestrində müvafiq qeydin edildiyi andan aktivlər ipoteka örtüyünün tərkibinə daxil edilmiş hesab olunur.

1076-10.3. İpoteka örtüyünün reyestrinə ən azı aşağıdakı məlumatlar daxil edilir:

1076-10.3.1. İpoteka örtüyünə daxil olan aktivlər üzrə emitentin hüquqlarını təsdiq edən sənədlərin rekvizitləri;

1076-10.3.2. ipoteka örtüyünə daxil olan aktivlərin məbləği (əsas borc və faiz dərəcəsi), ödəniş müddətləri, yaxud bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər;

1076-10.3.3. ipoteka örtüyünə daxil olan aktivlər üzrə öhdəliklərin icra vəziyyəti;

1076-10.3.4. ipoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka predmetinin adı, eyniləşdirilməsi üçün yetərli olan təsviri və olduğu yer;

1076-10.3.5. ipoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka predmetinin müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş dəyəri.

1076-10.4. İpoteka örtüyünün reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kağız və elektron formada aparılmalıdır. İpoteka örtüyünün reyestri və ona edilmiş dəyişikliklər müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir.

1076-10.5. İpoteka örtüyünə daxil olan aktivlər yalnız sərəncamçının icazəsi ilə ipoteka örtüyünün reyestrindən çıxarıla və ya başqa aktivlə əvəz edilə bilər. Sərəncamçı emitentin bu barədə müraciətinə beş iş günü müddətində baxmalı və nəticəsini emitentə yazılı formada bildirməlidir.

1076-10.6. Sərəncamçı emitentin ipoteka örtüyünə daxil olan aktivlər barədə sərəncam verməsinə yalnız belə sərəncam bu Məcəllə və emissiya prospektinə zidd olmadıqda icazə verə bilər.

Maddə 1076-11. İpoteka örtüyü üzrə sərəncamçının hüquq və vəzifələri

1076-11.1. Sərəncamçı ipoteka istiqrazlarının buraxılışı zamanı və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə daha qısa müddət müəyyən edilmədikdə, ən azı yarım ildə bir dəfədən az olmayaraq ipoteka örtüyünün bu Məcəllənin 1076-6-cı və 1076-9-cu maddələrinin tələblərinə uyğunluğunu yoxlayır.

1076-11.2. İpoteka örtüyü bu Məcəllənin 1076-6-cı və 1076-9-cu maddələrinin tələblərinə cavab vermədikdə, sərəncamçı bu barədə emitentə yazılı məlumat verir və aşkar olunmuş pozuntuların aradan qaldırılmasını tələb edir. Emitent tələbi aldığı tarixdən on iş günündən gec olmayaraq müəyyən edilmiş bütün çatışmazlıqları aradan qaldırmalı və bu barədə sərəncamçıya müvafiq məlumatı və sənədləri təqdim etməlidir.

1076-11.3. Sərəncamçı ipoteka örtüyünün yoxlanılmasının nəticəsi barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma və qaydada həmin orqana təqdim edir.

1076-11.4. Sərəncamçı ipoteka örtüyündə aşkar etdiyi, lakin emitent tərəfindən bu Məcəllənin 1076-11.2-ci maddəsinə müvafiq qaydada aradan qaldırılmamış və istiqrazlar üzrə ödənişlər üçün əhəmiyyətli təhlükə yarada bilən pozuntular barədə Azərbaycan dilində və emissiya prospektinin dərc olunduğu digər dillərdə tərtib olunmuş bildirişi pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin bitməsindən beş iş günündən gec olmayaraq emissiya prospektinin dərc olunduğu kütləvi informasiya vasitəsində (həmin kütləvi informasiya vasitəsi fəaliyyət göstərmədikdə başqa kütləvi informasiya vasitəsində) açıqlamalı və müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı bildirişi aldığı gündən üç iş günü müddətində onu Azərbaycan dilində və emissiya prospektinin dərc olunduğu digər dillərdə öz internet səhifəsində yerləşdirməlidir.

1076-11.5. Sərəncamçı istənilən vaxt ipoteka istiqrazları üzrə ödənişlər barədə emitentdən məlumat tələb etmək və emitentin müvafiq sənədlərini nəzərdən keçirmək hüququna malikdir. Emitent sərəncamçının tələb etdiyi məlumat və sənədləri müraciəti aldığı tarixdən üç iş günündən gec olmayaraq təqdim etməlidir. Emitent müraciətə cavab vermədikdə və ya tam cavab vermədikdə sərəncamçı bu barədə müvafiq icra hakimiyyəti orqanına dərhal yazılı məlumat verməlidir.

1076-11.6. Sərəncamçı istiqraz mülkiyyətçilərinin müdafiəsi məqsədilə ipoteka örtüyü üzrə bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hüquq və vəzifələri həyata keçirir.

Maddə 1076-12. İpoteka örtüyünə daxil olan aktivlərin uçotu və girovu

1076-12.1. Aktivlər ipoteka örtüyünə daxil edildiyi andan onların uçotu emitentin digər aktivlərindən ayrı aparılır. İpoteka örtüyünə daxil olan aktivlər üzərinə istiqraz mülkiyyətçilərindən başqa digər kreditorların tələblərinin ödənilməsi üçün həbs qoyula bilməz və həmin aktivlər üzrə tələb yönəldilə bilməz.

1076-12.2. Bu Məcəlləyə uyğun olaraq ipoteka örtüyünə daxil olan aktivlər ipoteka istiqrazlarının emissiya prospektinin dövlət qeydiyyatı anından qanun üzrə istiqraz mülkiyyətçilərinin xeyrinə girov qoyulmuş hesab edilir. Qanun üzrə girov sonrakı dəyişikliklərə görə ipoteka örtüyünə daxil olan aktivlərə sərəncamçının bu Məcəllənin 1076-10.5-ci və 1076-10.6-cı maddələrinə uyğun olaraq belə dəyişikliklərə yazılı icazə verdiyi andan şamil olunur.

1076-12.3. İstiqrazların mülkiyyətçiləri eyni ipoteka örtüyünə daxil olan aktivlərin hesabına ipoteka istiqrazları üzrə ödənilən nominal dəyər və faizlərə münasibətdə emitentin digər kreditorlarına nisbətən bərabər qaydada üstünlük hüququna malikdirlər. İstiqraz mülkiyyətçilərinin üstünlük hüququ ipoteka örtüyünə daxil olan bütün aktivlərə (əsas və əlavə), o cümlədən həmin aktivlərdən əldə edilən gəlirə eyni dərəcədə aiddir.

1076-12.4. İstiqraz mülkiyyətçiləri emitentin digər ipoteka örtüyünün reyestri ilə təmin edilmiş istiqraz mülkiyyətçilərinin tələbləri tam ödənildikdən sonra bu reyestrə daxil edilmiş aktivlərin qalıq hissəsi üzərində emitentin digər kreditorlarına nisbətən bərabər qaydada üstünlük hüququna malikdirlər.

1076-12.5. İpoteka örtüyü hesabına tələbləri tam ödənilməmiş istiqraz mülkiyyətçiləri emitentin ipoteka örtüyünə daxil edilməyən aktivlərinə münasibətdə emitentin digər təmin edilməmiş öhdəlikləri üzrə kreditorları ilə bərabər hüquqlara malikdirlər.

Maddə 1076-13. İpoteka istiqrazlarının emitentinin müflisləşməsi, məcburi ləğvi və öhdəliklərini yerinə yetirməməsi

1076-13.1. Emitent müflis elan edildikdə və ya məcburi qaydada ləğv edildikdə ipoteka örtüyünə daxil olan aktivlərin heç biri ipoteka istiqrazları mülkiyyətçilərinin tələbləri tam ödənilənədək emitentin digər kreditorları arasında bölüşdürülə bilməz.

1076-13.2. Emitent müflis elan edildikdə, məcburi ləğv edildikdə, öhdəliklərin icra edilməsi ilə bağlı emissiya prospektinin hər hansı bir şərtini yerinə yetirmədikdə və ya bu Məcəllə ilə müəyyən edilmiş öhdəliklərini davamlı olaraq pozduqda (bundan sonra bu maddənin məqsədləri üçün - öhdəliklərin yerinə yetirməməsi) istiqraz mülkiyyətçiləri öz istiqrazları üzrə ödənişlərin vaxtından əvvəl həyata keçirilməsini tələb edə bilməzlər. Bu halda istiqraz mülkiyyətçiləri ipoteka örtüyünə daxil olan aktivlərin satılması və onunla bağlı həyata keçirilən digər tədbirlərlə əlaqədar bu maddənin tələblərinə əməl etməlidirlər.

1076-13.3. Emitent müflis elan edildikdə, məcburi ləğv edildikdə və ya öhdəliklərini yerinə yetirmədikdə sərəncamçı müflis elan edilmə, məcburi ləğv edilmə və ya öhdəlikləri yerinə yetirməmə faktlarını təsdiqləyən məlumatı və mövcud sənədləri əlavə etməklə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumat müvafiq icra hakimiyyəti orqanına istənilən istiqraz mülkiyyətçisi tərəfindən də verilə bilər.

1076-13.4. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 1076-13.3-cü maddəsində göstərilən məlumatı aldığı gündən beş iş günü ərzində həmin məlumata baxmalı və emitentin müflis olması, məcburi ləğv edilməsi və ya öhdəliklərini yerinə yetirməməsi faktı təsdiq olunduğu halda ipoteka örtüyünə daxil olan aktivlərin sərəncamçının nəzarətinə verilməsi haqqında qərar qəbul etməli və bu qərarı bir iş günü ərzində sərəncamçıya və emitentə çatdırmalıdır.

1076-13.5. Bu Məcəllənin 1076-13.4-cü maddəsində göstərilən qərar sərəncamçıya və emitentə çatdırıldığı gündən ipoteka örtüyünə daxil edilmiş aktivlərdən daxil olan gəlir ipoteka örtüyünə daxil olan aktivlərin tərkibinə əlavə edilir və bu andan qanun üzrə ipoteka istiqrazları mülkiyyətçilərinin xeyrinə girov qoyulmuş hesab olunur. Bu zaman sərəncamçı ipoteka örtüyündən əldə edilən gəlirin sahibliyə götürülməsi, saxlanması və toplanması üçün müvafiq tədbirləri görməlidir.

1076-13.6. Sərəncamçı bu Məcəllənin 1076-13.4-cü maddəsində göstərilən qərarı aldığı gündən beş iş günü ərzində istiqraz mülkiyyətçilərinin hüquqlarının qorunması məqsədilə ipoteka örtüyünə daxil olan aktivlərin satılması və ya idarə edilməsi şərtlərini hazırlayaraq təsdiq olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu barədə daxil olmuş ərizəyə müvafiq icra hakimiyyəti orqanı beş iş günü ərzində baxır və müvafiq qərar qəbul edir. Bu qərardan sonra ipoteka örtüyünə daxil olan aktivlər həmin şərtlərlə satıla bilər.

1076-13.7. Sərəncamçı müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında fəaliyyət göstərir və göstəriş almaq üçün istənilən vaxt ona müraciət edə bilər. Sərəncamçı zəruri hallarda ipoteka örtüyünə daxil olan aktivlərin satılması və ya idarə edilməsi ilə bağlı müstəqil hüquqşünasları, mühasibləri və başqa mütəxəssisləri müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlər əsasında muzdla işə cəlb etmək hüququna malikdir.

1076-13.8. İpoteka örtüyünün satılmasından əldə olunan vəsait aşağıdakı qaydada bölüşdürülür və vəsaitin qalan hissəsi sərəncamçı tərəfindən emitentin ümumi əmlakının tərkibinə daxil edilir:

1076-13.8.1. ipoteka örtüyünün idarə edilməsi və satılması ilə bağlı sərəncamçının emitentlə əvvəlcədən bağlanmış müqavilədə göstərilən xidmət haqqının ödənilməsinə;

1076-13.8.2. ipoteka örtüyünün satılması ilə bağlı cari öhdəl15 İyul 2015, 09:07

http://www.azertag.net

1—10 / 10511

24 İyul 2023, 12:07

Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 İyul 2023, 15:07

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 İyul 2023, 14:07

“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI   ətraflı...

8 İyul 2023, 14:07

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...