Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar № 38

 

Bakı şəhəri, “6 fevral” 2014-cü il

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin yeddinci abzasını rəhbər tutaraq, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2015-ci il yanvarın 1-dək uzadılsın.

 

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

 

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Bu qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının

Baş naziri Artur Rasi-zadə

10 Fevral 2014, 17:02

http://www.azertag.net

9851—9860 / 10511

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsindəəməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikası Hökuməti ilə Toqo Respublikası Hökuməti arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

30 İyun 2014, 09:06

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsindəəməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsindəəməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında nəqliyyat sahəsindəəməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

30 İyun 2014, 09:06

R.K.Teymurovun Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

30 İyun 2014, 09:06

R.K.Teymurova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında   ətraflı...