Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar № 38

 

Bakı şəhəri, “6 fevral” 2014-cü il

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin yeddinci abzasını rəhbər tutaraq, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2015-ci il yanvarın 1-dək uzadılsın.

 

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

 

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Bu qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının

Baş naziri Artur Rasi-zadə

10 Fevral 2014, 17:02

http://www.azertag.net

9841—9850 / 10511

1 İyul 2014, 09:07

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

1 İyul 2014, 09:07

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

30 İyun 2014, 09:06

Bir sıra hakimlərin vəzifələrinin dəyişdirilməsi haqqında   ətraflı...

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

30 İyun 2014, 09:06

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi iləəlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi barədə   ətraflı...

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Honduras Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında” Protokolun təsdiq edilməsi barədə   ətraflı...

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında nəqliyyat sahəsindəəməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Fransa Respublikasının Qadın Hüquqları, Şəhər, Gənclər və İdman Nazirliyi arasında ikitərəfli əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitetlərarası əməkdaşlıq sahəsində” Niyyət Məktubunun təsdiq edilməsi haqqında   ətraflı...

30 İyun 2014, 09:06

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yunanıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Avropa İttifaqı məsələləri üzrəəməkdaşlıq haqqında”   ətraflı...