“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1000-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 569; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692; 2006, № 11, maddə 928; 2007, № 6, maddə 560; 2008, № 8, maddə 695, № 11, maddə 960; 2009, № 12, maddə 966; 2013, № 4, maddə 357; 2014, № 1, maddə 8, № 4, maddə 337) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş dövlət orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.”.
2. 6-cı maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“Sığortaçı sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il.
4 Fevral 2015, 09:0219 May 2014, 09:05
“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
19 May 2014, 09:05
Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
19 May 2014, 09:05
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında ətraflı...
15 May 2014, 09:05
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında ətraflı...
15 May 2014, 09:05
“Meliorator günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli Sərəncamının ləğvi barədə ətraflı...