“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1000-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 569; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692; 2006, № 11, maddə 928; 2007, № 6, maddə 560; 2008, № 8, maddə 695, № 11, maddə 960; 2009, № 12, maddə 966; 2013, № 4, maddə 357; 2014, № 1, maddə 8, № 4, maddə 337) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş dövlət orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.”.

2. 6-cı maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

“Sığortaçı sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2014-cü il.

4 Fevral 2015, 09:02

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...