"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 10
Bakı şəhəri, 16 yanvar 2015-ci il
"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 may tarixli 170 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 16 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin
N İ Z A M N A M Ə S İ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi (bundan sonra - Məktəb) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin strukturunda fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsidir. Bu Nizamnamə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin tələblərinə uyğun olaraq hazırlanmışdır və Məktəbin fəaliyyətini tənzimləyir.
1.2. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (bundan sonra - DSX) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, DSX rəisinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur.
1.3. Məktəbin yaradılması, yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
1.4. Məktəbin əsas məqsədi DSX-nin xüsusi təyinatlı ali təhsil müəssisəsində təhsil almaq üçün namizədləri hazırlamaqdır.
1.5. Məktəbdə təhsil pulsuzdur.
1.6. Məktəbdə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
1.7. Məktəbdə təhsilalanların (bundan sonra - kursantların) pul, əşya-geyim, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) təminatı qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən həyata keçirilir. Kursantların geyim forması və fərqlənmə nişanları DSX hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları ilə eyni qaydada təsdiq olunur.
1.8. Məktəbdə tədris dili dövlət dili - Azərbaycan dilidir.
1.9. Məktəbin maddi-texniki bazası və təhsil infrastrukturu müəyyən edilmiş normativlərə uyğun olmalıdır.
1.10. Məktəb qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq, təhsil birliklərinə və assosiasiyalarına üzv olmaq hüququna malikdir.
1.11. Məktəb hüquqi şəxsdir, qanunvericiliyə uyğun sərəncamında olan dövlət və hərbi əmlaka, xəzinə hesabına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, DSX-nin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.12. Məktəb mövcud qanunvericilik çərçivəsində DSX rəisinin müəyyən etdiyi qaydada inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.
1.13. Məktəbin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.
1.14. Məktəb öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.
1.15. Məktəb dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
1.16. Məktəb qanunauyğun olaraq statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir, fəaliyyətinin nəticələri barədə DSX-yə hesabat verir.
1.17. Məktəb Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşir.
2. Məktəbin strukturu
2.1. Məktəbin strukturu, ştat sayı və ştat cədvəli DSX-nin rəisi tərəfindən təsdiq edilir.
2.2. Məktəbin strukturuna rəhbərlik, şöbələr, kursant bölmələri və digər bölmələr daxil edilir.
2.3. Məktəbin rəhbərliyi rəisdən və 4 müavindən ibarətdir.
2.4. Məktəbin daimi heyətinə daxil olan şəxslərin vəzifə borcları DSX rəisinin əmr və sərəncamlarına, bu Nizamnaməyə və digər hüquqi aktlara uyğun olaraq müəyyən edilir və Məktəbin rəisi tərəfindən təsdiq olunur.
2.5. Məktəbdə təhsil müddəti 7 (yeddi) ildir və ümumi orta (V - IX siniflər), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir.
2.6. Məktəbdə siniflər (taqımlar) kursantların sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Məktəbdə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflərdə (taqımlarda) kursantların sayı 30 nəfərdən çox olmamalıdır.
3. Məktəbin fəaliyyətinin əsasları
3.1. Məktəb irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşına ümumi təhsil almaq imkanını təmin edir.
3.2. Məktəbdə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla, fərdin harmonik inkişafina xidmət edir.
3.3. Məktəbin vəzifəsi kursantların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnmələrini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmalarını, DSX-nin xüsusi təyinatlı ali təhsil müəssisəsi üçün hazırlanmalarını təmin etməkdən ibarətdir.
3.4. Ümumi orta təhsil kursantların yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsini, ölkənin tarixini, ədəbiyyatını, incəsənətini, mədəniyyətini, sosial-iqtisadi infrastrukturunu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərin genişləndirilməsini, onlarda informatik-kommunikativ, təhlil və tətbiq, problem həlli, əməkdaşlıq, müstəqil təhsillənmək, xarici dildə ünsiyyət qurmaq bacarıqlarının, tolerantlıq, milli-mənəvi dəyərlərə sadiqlik və digər bu kimi keyfiyyətlərin formalaşdırılmasını təmin edir.
3.5. Tam orta təhsil səviyyəsində meyil və maraqları nəzərə almaqla, kursantlarda ünsiyyət mədəniyyəti, təşkilatçılıq, tədqiqatçılıq, birgə fəaliyyət bacarıqları, obrazlı və tənqidi təfəkkür formalaşdırılır, informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə etmələri, xarici dillərdən birində (bir neçəsində) ünsiyyət saxlamaları, vətənə və dövlətçiliyə sadiq, fiziki cəhətdən sağlam, cəsur, mətin və intizamlı olmaları təmin edilir.
3.6. Məktəb dövlət təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi üzrə təşkilati-pedaqoji və metodiki tədbirlərin həyata keçirilməsində müstəqildir.
3.7. Məktəbdə əyani təhsilalma forması tətbiq olunur.
3.8. Məktəbin məzunlarının istənilən ali və ya orta-ixtisas təhsili müəssisəsində təhsil almaq hüququ məhdudlaşdırıla bilməz.
4. Məktəbdə təlim-tərbiyə prosesinin təşkili
4.1. Məktəbdə təhsil prosesi öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıyır.
4.2. Məktəbdə təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir.
4.3. Pedaqoji prosesin "müəllim-kursant" əməkdaşlığı üzərində qurulması, müasir təlim strategiyalarının çevik qiymətləndirilmə mexanizmlərinin məqsədyönlü tətbiqi, kursantların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələri təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində əsas istiqamətlərdən hesab olunur.
4.4. Məktəbin V sinfinə həmin ildə 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan ümumtəhsil məktəbinin IV sinfini bitirmiş oğlanlar qəbul edilirlər.
4.5. Məktəbə qəbul məktəbdə yaradılan komissiya tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir.
4.6. Məktəbə qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
4.6.1. tərcümeyi-hal;
4.6.2. doğum haqqında şəhadətnamənin surəti;
4.6.3. sağlamlıq barədə müəyyən edilmiş nümunədə arayış;
4.6.4. 2 ədəd 3 x 4 sm ölçüdə və 2 ədəd 4,5 x 6 sm ölçüdə fotoşəkil (başıaçıq, anfas).
4.7. Təhsil alanların Məktəbə qəbul və Məktəbdən xaric edilməsi Məktəb rəisinin vəsatəti əsasında DSX rəisinin əmri ilə həyata keçirilir.
4.8. Məktəbə xarici ölkə vətəndaşlarının qəbulu dövlətlər arasında bağlanılmış müqavilələrə uyğun olaraq həyata keçirilə bilər.
4.9. Məktəbə qəbul planı DSX-nin rəisi tərəfindən müəyyən olunur.
4.10. Məktəbdə dərs məşğələlərinin başlaması və başa çatması tarixləri, dərs ilində tətillərin müddətləri və tarixləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq müəyyən edilir.
4.11. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.
4.12. Məktəbdə dərslər və dərsdənkənar məşğələlər Məktəbin rəisi tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır.
4.13. Dərs məşğələsinin müddəti 45 dəqiqə müəyyən edilir.
4.14. Məktəbdə təhsil verənlərin və kursantların attestasiyasının, o cümlədən yekun attestasiyasının keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
4.15. Məktəbdə tədris proqramlarının davamlı yerinə yetirilməməsinə (ilin yekunlarına görə üç və daha çox fəndən "qeyri kafi" qiymət almaqla) görə kursantların təkrar sinifdə saxlanılmasına yol verilmir, onlar Pedaqoji Şuranın əsaslandırılmış qərarı ilə əvvəl oxuduqları və ya valideyninin arzusu ilə digər məktəbə köçürülməklə Məktəbdən xaric edilirlər.
4.16. Dövlətlər arasında bağlanılmış müqavilələrə uyğun olaraq, xarici ölkələrin tam orta hərbi təhsil müəssisələrində DSX-yə ayrılmış yerlərdə təhsil almaq məqsədi ilə Məktəbin kursantları öz istəkləri, valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həmin ölkəyə ezam oluna bilərlər.
4.17. Kursantlar aşağıda göstərilən hallarda Məktəbdən xaric edilirlər:
4.17.1. valideynlərin, digər qanuni nümayəndələrin və ya kursantların öz arzusu ilə;
4.17.2. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);
4.17.3. təhsildə müvəffəqiyyətsizliyinə görə;
4.17.4. bir təlim-tədris ilində dərslərin müddətinin 30 faizdən çoxunda hər hansı səbəbdən iştirak etmədiyinə görə;
4.17.5. intizamsızlığına görə;
4.17.6. hərbi qulluqçular üçün müəyyən edilmiş tələblərə uyğun olmadığına görə.
4.18. Təhsil almaq məqsədi ilə xarici ölkəyə ezam edilmiş kursant göndərildiyi hərbi təhsil müəssisəsindən oxumaq istəmədiyinə, səhhətinə, təhsildə müvəffəqiyyətsizliyinə və şəxsi intizamsızlığına görə xaric olunduğu halda, Məktəbdən də eyni əsasla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisəsindən xaric olunmuş kursantların Məktəbdə təhsil alması məsələsinə Məktəbin Pedaqoji Şurasında baxılır.
4.19. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"nin tələblərini və növbətçiliyin xüsusiyyətlərini aşılamaq məqsədi ilə kursantlar müəyyən edilmiş qaydada Məktəbin daxilində növbələrə təyin edilə bilərlər.
4.20. Məktəbdə təlim-tərbiyə işləri planlaşdırılarkən, kursantların meyil və marağına uyğun dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə, onlarla iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə xüsusi diqqət yetirilir.
4.21. Məktəbdə kursantların təşkilatlanmasını, onlarda icraçılıq, təşkilatçılıq və ilkin idarəetmə bacarıqlarının formalaşmasını təmin etmək məqsədi ilə birliklər, eləcə də qanunvericilik əsasında fəaliyyət göstərən uşaq və gənclər ictimai təşkilatlarının orqanları yaradıla bilər.
5. Məktəbin idarə olunması
5.1. Məktəbin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır.
5.2. Məktəbdə ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura hesab olunur. Pedaqoji Şura Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə"yə uyğun olaraq fəaliyyət göstərir.
5.3. Məktəbin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə Məktəbdə valideyn şuraları yaradıla bilər.
5.4. Məktəbin rəisi DSX-nin rəisi tərəfindən vəzifəyə təyin və ya azad edilir.
5.5. Məktəbin rəisi aşağıdakı vəzifələri həyata keçirir:
5.5.1. konkret iş sahələri əhatə olunmaqla, Məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır, onların həyata keçirilməsinə nəzarət edir;
5.5.2. Məktəbdə günün nizam-intizam qaydalarını təsdiq edir və icrasına nəzarət edir;
5.5.3. Məktəbin strukturunun təkmilləşdirilməsi, ştat cədvəlində dəyişikliklər edilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı DSX-nin rəhbərliyi qarşısında vəsatət qaldırır;
5.5.4. təhsilin inkişafı ilə bağlı qanunvericiliyə əsasən vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır;
5.5.5. dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi Məktəbi və onun mənafeyini təmsil edir;
5.5.6. təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır;
5.5.7. Məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edir;
5.5.8. kursantların təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə rəhbərlik qarşısında vəsatət qaldırır.
5.6. Məktəbin rəisi aşağıdakı hüquqlara malikdir:
5.6.1. Məktəbə dövlət qulluqçusu olmayan mülki şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq işə qəbul və ya işdən azad edilməsi barədə DSX-nin rəisi qarşısında vəsatət qaldırır;
5.6.2. Məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən hərbi qulluqçuların (işçilərin) vəzifədən azad edilməsi barədə DSX-nin rəisi qarşısında vəsatət qaldırır, maddi-tədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələrdən istifadə edir;
5.6.3. DSX rəisinin müəyyən etdiyi qaydada və hədlərdə maliyyə-təsərrüfat fəaliyyətini təşkil edir;
5.6.4. bu Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə Məktəbi təmsil edir, onun adından müqavilələr bağlayır;
5.6.5. Məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətləndirilmiş müvafiq əmrlər verir.
5.7. Məktəbin digər rəhbər, pedaqoji və texniki işçilərinin hüquq və vəzifələri mövcud qanunvericilik əsasında hazırlanmış vəzifə təlimatları ilə müəyyən edilir.
6. Məktəbin vəzifələri və hüquqları
6.1. Məktəbin vəzifələri aşağıdakılardır:
6.1.1. təhsil proqramlarını və tədris planlarını hazırlamaq;
6.1.2. təhsil haqqında attestatlar, habelə təhsilə dair digər sənədlər vermək;
6.1.3. tədris prosesinin maddi-texniki təminatını, bina və otaqların mövcud norma və tələblərə uyğun qurulmasını həyata keçirmək;
6.1.4. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, kursantların intellektual və mədəni inkişafını təmin etmək, onlarda yüksək ideya, mənəvi və peşəkar xüsusiyyətləri formalaşdırmaq;
6.1.5. Məktəbə ayrılan maliyyə vəsaitinin təyinatı üzrə istifadə olunmasını təmin etmək;
6.1.6. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodiki, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;
6.1.7. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
6.2. Məktəb aşağıdakı hüquqlara malikdir:
6.2.1. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq tədris prosesini sərbəst həyata keçirmək;
6.2.2. tədris və metodiki fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;
6.2.3. tədris prosesinin metodiki təminatını təşkil etmək və təkmilləşdirmək;
6.2.4. iclaslar, seminarlar, konfranslar keçirmək və onların işində iştirak etmək;
6.2.5. Məktəbin hərbi qulluqçularına və işçilərinə fəxri adların, digər dövlət təltiflərinin və mükafatlarının verilməsi üçün DSX-nin rəisi qarşısında vəsatət qaldırmaq;
6.2.6. qanuna uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
6.2.7. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
7. Məktəb üzrə təhsil prosesinin iştirakçıları
7.1. Məktəb üzrə təhsil prosesinin iştirakçıları olan təhsil verənlər və digər işçilər aşağıdakı heyətə daxildirlər:
7.1.1. daimi heyətə müəllimlər, tərbiyəçilər, psixoloqlar, dərnək rəhbərləri, bölük (taqım) komandirləri, kurs rəisləri, tədris şöbəsinin zabitləri, pedaqoji fəaliyyətlə məşğul olan digər işçilər daxildir;
7.1.2. dəyişən heyətə kursantlar daxildir.
7.2. Pedaqoji fəaliyyətlə müvafiq təhsil səviyyəsinə malik olmaqla yanaşı, yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən, ictimaiyyət arasında hörmət və nüfuz qazanan şəxslər məşğul ola bilərlər.
7.3. Məktəbin pedaqoji kadrlarla komplektləşdirilməsi, onların attestasiyadan keçirilməsi, sosial müdafiəsi, stimullaşdırılması və ya intizam məsuliyyətinə cəlb olunması müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
8. Kursantların hüquq və vəzifələri
8.1. Kursantların hüquqları aşağıdakılardır:
8.1.1. sinifdənkənar məşğuliyyəti sərbəst keçmək;
8.1.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
8.1.3. Məktəbin mövcud infrastrukturundan (tədris laboratoriyaların-dan, emalatxanalardan, kitabxanadan, idman qurğularından və s.) istifadə etmək, dərsliklərlə pulsuz təmin olunmaq;
8.1.4. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq və belə hərəkətlərdən şikayət etmək;
8.1.5. müəyyən olunmuş qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
8.1.6. təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
8.1.7. məktəbin ictimai və mədəni həyatında, elmi cəmiyyət, dərnək və birliklərdə, habelə onların yaradılmasında iştirak etmək;
8.1.8. təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl və gümüş medallarla təltif olunmaq;
8.1.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
8.2. Məktəbdə qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
8.3. Kursantların vəzifələri aşağıdakılardır:
8.3.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
8.3.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
8.3.3. bu Nizamnamənin və digər müvafiq sənədlərin tələblərinə riayət etmək;
8.3.4. dövlət, cəmiyyət, ailə qarşısında və özünə münasibətdə şəxsi məsuliyyətini dərk etmək;
8.3.5. təhsil qanunvericiliyinə, etik normalara və təhsil prosesi ilə bağlı qaydalara əməl etmək;
8.3.6. dövlət əmlakının qorunmasına məsuliyyətlə yanaşmaq;
8.3.7. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
9. Təhsilverənlərin hüquq və vəzifələri
9.1. Təhsilverənlərin hüquqları aşağıdakılardır:
9.1.1. normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq;
9.1.2. təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək;
9.1.3. tədrisin formasını, metodlarını və vasitələrini müasir tədris tələblərinə uyğun seçmək;
9.1.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
9.1.5. Məktəbdə vəzifə tutmaq, müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;
9.1.6. ixtisasını artırmaq, staj keçmək, yeni ixtisas almaq;
9.1.7. müəyyən edilmiş qaydada mükafatlandırılmaq və təltif olunmaq;
9.1.8. sağlamlıq üçün təhlükəsiz və zərərsiz iş şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq və belə hərəkətlərdən şikayət etmək;
9.1.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
9.2. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
9.2.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
9.2.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
9.2.3. kursantlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və DSX-nin xüsusi təyinatlı ali hərbi təhsil müəssisəsində təhsilə hazırlamaq;
9.2.4. şəxsi nümunəsi ilə kursantlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
9.2.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
9.2.6. kursantların şərəf və ləyaqətinə hörmət etmək;
9.2.7. kursantları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;
9.2.8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək;
9.2.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;
9.2.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
10. Kursantların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hüquq və vəzifələri
10.1. Kursantların valideynlərinin və ya digər qanuni nümayəndələrinin təhsil sahəsində hüquqları aşağıdakılardır:
10.1.1. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
10.1.2. kursantların hüquqlarını müdafiə etmək;
10.1.3. Məktəblə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək;
10.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
10.2. Kursantların valideynlərinin və ya digər qanuni nümayəndələrinin təhsil sahəsində vəzifələri aşağıdakılardır:
10.2.1. övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;
10.2.2. övladlarını (qəyyumluğunda və ya himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
10.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
11. Məktəbin maliyyə-təsərrüfat fəaliyyəti və maddi-texniki bazası
11.1. Məktəbin maliyyələşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada hər il üçün təsdiq olunan dövlət büdcəsində DSX-yə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
11.2. Məktəb qanunvericilikdə nəzərdə tutulan digər mənbələrdən də vəsaitlər əldə edə bilər.
11.3. Məktəbin daimi heyətinə daxil olan şəxslərin pul təminatı və əməkhaqlarının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
11.4. Kursantların pul, əşya-geyim, ərzaq və yaşayış yeri (yataqxana) təminatı qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən həyata keçirilir.
11.5. Məktəb öz fəaliyyətinin nəticələrinin uçotunu aparır, müəyyən olunmuş qaydada statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir, fəaliyyətinin nəticələri barədə DSX-yə hesabat verir.
11.6. Məktəbin maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, laboratoriya avadanlığı, tədrisin texniki vasitələri, dərsliklər, dərs vəsaitləri, digər metodiki materiallar, kitabxana fondu, xüsusi texnika və avadanlıqlar, tədris idman bazaları, habelə digər maddi-texniki təchizat vasitələri təşkil edir.
11.7. Məktəbin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz.
11.8. Məktəb istifadəsində olan maddi-texniki bazanın və əmlakın saxlanılması, qorunması və onlardan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.
11.9. Məktəb göstərdiyi xidmətlərdən əldə etdiyi vəsait hesabına avadanlıq və digər vasitələr ala bilər.
11.10. Məktəbin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxildir.
12. Məktəbə aid sənədlər
12.1. Məktəbdə tədris və tərbiyə işləri üzrə sənədlərin (kursantın şəxsi işi, sinif jurnalı, dərsdənkənar məşğələ jurnalı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, tam orta təhsil haqqında attestat blanklarının, qızıl və gümüş medalların uçotu və verilməsi kitabı, kursant kontingentinə dair əlifba kitabı, pedaqoji işçilərin uçotu kitabı, Pedaqoji Şuranın protokol kitabı, ali intizam şurasının protokol kitabı, Məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı və s.) siyahısı və aparılması qaydası DSX-nin rəisi tərəfindən müəyyən olunur.
12.2. Pedaqoji və digər kateqoriyadan olan işçilər, kursantlar, onların valideynləri və ya digər qanuni nümayəndələri Məktəbin əsas vəsaitlərinin, inventarlarının, avadanlıqlarının və digər əmlakının korlanmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
12.3. Maliyyə-təsərrüfat sənədləri DSX rəisinin əmrlərinə əsasən işlənilir.
12.4. Maliyyə-təsərrüfat sənədlərinə Məktəbin texniki pasportu, daxil olan inventar və materialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, Məktəb daxilində inventar və materialların paylanılmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabı və s. aiddir.
12.5. Tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün aparılmasına, habelə Məktəbə məxsus əmlakın mühafizəsi və təyinatına görə istifadəsinə cavabdehlik daşıyan şəxslər qanunvericiliyə əsasən Məktəb rəisinin əmri ilə təyin olunurlar.
12.6. Pedaqoji və digər kateqoriyadan olan işçilər, təhsilalanlar və onların valideynləri (digər qanuni nümayəndələri) Məktəbin əsas vəsaitlərinin, inventarlarının, avadanlıqlarının və digər əmlakının korlanmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
13. Məktəbin beynəlxalq əlaqələri
13.1. Məktəbin xarici əlaqələri və beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən DSX ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanılmış sazişlər əsasında DSX-nin aparatı ilə razılaşdırılmaqla həyata keçirilir.
26 Yanvar 2015, 09:013 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 971 nömrəli, “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 978 nömrəli, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli, “Azərbaycan Respublikasında maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2005-ci il 1 mart tarixli 205 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qərarları ilə həyata keçirilən müəssisə və obyektlərin əmlakının siyahıya alınması Qaydaları”nın təsdiq edilməsi barədə” 2003-cü il 18 sentyabr tarixli 919 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 yanvar tarixli 739 nömrəli, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli 818 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 19 may tarixli 894 nömrəli, “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişikliklər edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2016-cı il 23 iyun tarixli 952 nömrəli və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 11 iyul tarixli 980 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “2013-cü il fevralın 22-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 867 nömrəli, “2013-cü il aprelin 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Özbəkistan Respublikasının Özəlləşdirmə, İnhisarsızlaşdırma və Rəqabətin İnkişafı üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 11 iyun tarixli 913 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 15 fevral tarixli 1248 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2018-ci il 4 oktyabr tarixli 292 nömrəli və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2018-ci il 26 noyabr tarixli 371 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
3 Avqust 2022, 14:08
Biləsuvar rayonunun Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2012-ci il 6 iyul tarixli 667 nömrəli, “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2012-ci il 13 dekabr tarixli 760 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 29 dekabr tarixli 802 nömrəli, “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” 2013-cü il 24 aprel tarixli 865 nömrəli, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2013-cü il 10 dekabr tarixli 45 nömrəli, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2013-cü il 19 dekabr tarixli 55 nömrəli və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 3 fevral tarixli 100 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2014-cü il 15 may tarixli 168 nömrəli, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2014-cü il 22 dekabr tarixli 413 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 700 nömrəli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 866 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 2018-ci il 8 oktyabr tarixli 299 nömrəli, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 1 aprel tarixli 601 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli, “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 3 iyun tarixli 719 nömrəli və “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 iyun tarixli 734 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 20 dekabr tarixli 414 nömrəli, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 21 dekabr tarixli 424 nömrəli, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1351-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 21 dekabr tarixli 425 nömrəli və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli 479 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandumun təsdiq edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1699 nömrəli və “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 19 dekabr tarixli 1747 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 fevral tarixli 192 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 521 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə” 2005-ci il 27 may tarixli 238 nömrəli, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli 242 nömrəli və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...