2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 64 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 102 saylı Samux-Şəmkir seçki dairəsindən Qasım İsmayılov bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Zeynalov Fazil Səfər oğlu 2014-cü il dekabrın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, səsvermə günü həmin seçki dairəsi üzrə 48 saylı seçki məntəqəsində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

 

1. 102 saylı Samux-Şəmkir seçki dairəsindən Qasım İsmayılov bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Zeynalov Fazil Səfər oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 dekabr 2014-cü il tarixli 64 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

29 Dekabr 2014, 09:12

http://www.azertag.net

8861—8870 / 10511

14 Yanvar 2015, 09:01

Yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

14 Yanvar 2015, 09:01

Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri etibarsız hesab edilmiş bələdiyyələrin SİYAHISI   ətraflı...

14 Yanvar 2015, 09:01

Mərkəzi Seçki Komissiyası tərəfindən protokolları etibarsız hesab edilmiş məntəqə seçki komissiyalarının SİYAHISI   ətraflı...

14 Yanvar 2015, 09:01

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ PROTOKOLU   ətraflı...

14 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair   ətraflı...

14 Yanvar 2015, 09:01

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili”elan edilməsi haqqında   ətraflı...

14 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

14 Yanvar 2015, 09:01

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1138-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

14 Yanvar 2015, 09:01

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

14 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında əməkdaşlığa dair 2014-2018-ci illər üçün Çərçivə Proqramının təsdiq edilməsi haqqında   ətraflı...