"Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 381
Bakı şəhəri, 3 dekabr 2014-cü il
"Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nın təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 753 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 381 nömrəli qərarı ilə təsdiq edilmişdir
Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli 457-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 753 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma qaydalarını müəyyən edir.
1.2. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən sellülar (mobil) telekommunikasiya operatorları vasitəsilə həyata keçirilir.
1.3. Göndərilən qısa mesajların (SMS) həcmi GSM standartlarının tələblərinə uyğun müəyyən olunur.
2. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi
2.1. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin edilir.
2.2. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən aşağıdakı hallar təşkil edir:
2.2.1. yenidən qurulma və təmir;
2.2.2. dövlət tədbirlərinin keçirilməsi;
2.2.3. qəzaların olması.
2.3. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstərilir. Həmin məlumatlar müvafiq xidmətə abunə olmaq və ya SMS sorğu göndərməklə əldə edilir.
2.4. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə göndərilməsi üzrə xidmətlər ödənişlidir. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə sellülar (mobil) telekommunikasiya operatorları arasında bağlanmış müqavilə ilə müəyyən edilir.
2.5. Xidmətin göstərilməsindən daxil olan vəsaitin xidmətin təşkilində iştirak edənlər arasında bölgüsü tərəflər arasında qarşılıqlı razılaşma ilə tənzimlənir.
2.6. Xidmətdən əldə edilən vəsait Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hesablaşma hesabında yığılır.
3. Məlumatların göndərilməsi üzrə xidmətlərdən şikayət edilməsi
3.1. Məlumatların göndərilməməsinə və ya göndərilməsindən imtina edilməsinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
15 Dekabr 2014, 09:1213 Mart 2014, 09:03
Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı ətraflı...
13 Mart 2014, 09:03
“Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında ətraflı...
13 Mart 2014, 09:03
“Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilməsi barədə ətraflı...
12 Mart 2014, 13:03
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında ətraflı...
11 Mart 2014, 14:03
Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında” Sazişə qoşulması barədə ətraflı...
11 Mart 2014, 14:03
“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
11 Mart 2014, 14:03
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
11 Mart 2014, 14:03
2013-cü il dekabrın 5-də Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikası, Avropa İttifaqı və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”nin təsdiq edilməsi haqqında ətraflı...
11 Mart 2014, 14:03
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına əlavə - “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
11 Mart 2014, 14:03
“Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 896-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...