2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 dekabr 2014-cü il tarixli 17 saylı müraciətə baxılmasına dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 45 saylı Abşeron seçki dairəsindən Masazır bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mustafayev Rəhim Xıdırnəbi oğlu 5 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarının əsassız olduğunu bildirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müəyyən olunmuşdur ki, dairə seçki komissiyası tərəfindən R.X.Mustafayevin namizəd kimi qeydiyyatından imtinaya dair qəbul olunmuş 26 noyabr 2014-cü il tarixli 28/101 saylı qərar həmin gün dairə seçki komissiyasının məlumat lövhəsindən asılmış və qərarın surəti 28 noyabr 2014-cü il tarixdə şikayətçiyə verilmişdir.

Müraciətin məzmunundan və 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyası sədrinin izahatından görünür ki, R.X.Mustafayev dairə seçki komissiyasının müvafiq qərarının qəbul edilməsi barədə məlumatlı olmuş və şikayəti şikayətvermə müddətinin ötürülməsi ilə təqdim etmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat”ın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

İddia edilən qanun pozuntularından qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə şikayət verilmədiyindən, müraciət mahiyyəti üzrə araşdırılmadan geri göndərilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci bəndlərinə əsasən qərara alır:

 

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 45 saylı Abşeron seçki dairəsindən Masazır bələdiyyəsi üzrə qeydə alınmamış namizəd Mustafayev Rəhim Xıdırnəbi oğlunun 5 dekabr 2014-cü il tarixli 17 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ona geri göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

8 Dekabr 2014, 09:12

http://www.azertag.net

10051—10060 / 10511

6 May 2014, 17:05

"Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

6 May 2014, 17:05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə   ətraflı...

6 May 2014, 17:05

"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında   ətraflı...

6 May 2014, 09:05

T.Ə.Əmiraslanovun Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında   ətraflı...

6 May 2014, 09:05

T. R. Mehdiyevin Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında   ətraflı...

6 May 2014, 09:05

T.R.Mehdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

6 May 2014, 09:05

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında   ətraflı...

5 May 2014, 09:05

N.N. Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

5 May 2014, 09:05

Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

5 May 2014, 09:05

F.Ş. Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...