2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 noyabr 2014-cü il tarixli 11 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Qapanlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Süleymanov Zakir Musa oğlu 25 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək Hüseynov Şahəddin Həsən oğlunun əvvəllər cinayət məsuliyyətinə cəlb edildiyini bildirmiş və onun bələdiyyə üzvlüyünə namizədliyinin qeydə alınması barədə dairə seçki komissiyası qərarının ləğv edilməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Müraciət etmiş şəxsə araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək hüququ izah edilmişdir.
Z.M.Süleymanov müraciətini onunla əsaslandırmışdır ki, 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Qapanlı bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Ş.H.Hüseynov məhkəmənin qanuni qüvvədə olan hökmü ilə islah işlərinə məhkum edilmiş, eyni zamanda mülki iddia üzrə dəymiş ziyanı bu günədək ödəməmişdir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Ş.H.Hüseynov Şəmkir rayon məhkəməsinin 3 avqust 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 46.1-ci maddələri ilə 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 il islah işləri cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 19 sentyabr 2012-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 il islah işləri cəzasına məhkum olunmuşdur.
Ş.H.Hüseynovun məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi həmin Məcəllənin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərin təsnifatına aid deyildir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13.3.1-ci və 13.3.2-ci maddələrinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə (ağır, xüsusilə ağır) görə məhkum olunmuş şəxslərin bələdiyyə üzvü seçilmək hüququ (passiv seçki hüququ) yoxdur.
Müraciətin hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində dairə seçki komissiyasının mübahisələndirilən qərarının dəyişdirilmədən saxlanılması üçün hüquqi əsasların olması müəyyən edilmişdir.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 100 saylı Şəmkir – Daşkəsən seçki dairəsi dairə seçki komissiyasının 22 noyabr 2014-cü il tarixli 21/59 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 13.3.1-ci, 13.3.2-ci, 19.4-cü, 28.2-ci, 28.4-cü, 60-cı, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1. 100 saylı Şəmkir – Daşkəsən seçki dairəsindən Qapanlı bələdiyyəsi üzrə qeydə alınmış namizəd Süleymanov Zakir Musa oğlunun 25 noyabr 2014-cü il tarixli 11 saylı şikayəti əsassız olduğundan təmin edilməsin.
2. 100 saylı Şəmkir – Daşkəsən seçki dairəsinin 22 noyabr 2014-cü il tarixli 21/59 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27 Noyabr 2014, 09:118 Avqust 2017, 10:08
İşsizlikdən sığorta haqqında ətraflı...
8 Avqust 2017, 10:08
GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında 2002-ci il 20 iyul tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi barədə Protokolun təsdiq edilməsi haqqında ətraflı...
8 Avqust 2017, 10:08
“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 766 VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
8 Avqust 2017, 10:08
Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında ətraflı...
8 Avqust 2017, 10:08
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
8 Avqust 2017, 10:08
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 762-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
8 Avqust 2017, 10:08
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
8 Avqust 2017, 10:08
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
8 Avqust 2017, 10:08
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında ətraflı...
8 Avqust 2017, 10:08
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 fevral tarixli 2669 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi barədə ətraflı...