23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş 18 noyabr 2014-cü il tarixli 01 saylı müraciətə baxılmasına dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində 75 saylı Lənkəran-Masallı seçki dairəsindən Mahmudavar bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Sadıqov Arif Əbdül oğlu 18 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ilkin olaraq teleqramla, sonradan yazılı ərizə ilə müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarının ləğv edilməsini və namizədliyinin qeydə alınması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Vətəndaş A.Ə.Sadıqov şikayətini onunla əsaslandırmışdır ki, 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində 75 saylı Lənkəran-Masallı seçki dairəsindən Mahmudavar bələdiyyəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş, həmin bələdiyyə ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədləri DSK-ya təqdim etmiş, ancaq dairə seçki komissiyasının 14 noyabr 2014-cü il tarixli, 16/38 saylı qərarı ilə əsassız olaraq namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası A.Ə.Sadıqovun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə 14 noyabr 2014-cü il tarixli, 16/38 saylı qərarını onunla əsaslandırmışdır ki, o, imza vərəqəsində namizədə aid məlumatları göstərməmiş, imza vərəqəsində imza edən seçicilər barəsində məlumatlar bir neçə şəxs tərəfindən imza vərəqəsinə daxil edilmişdir. Ona görə də namizəd tərəfindən təqdim edilmiş imza vərəqəsində olan 50 sayda seçici imzası etibarsız hesab edilmiş və bu əsasla da onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Müraciət etmiş şəxsə araşdırılma aparılması barədə məlumat verilmiş, ona şikayətlə bağlı əlavə sənəd və sübutları təqdim etmək hüququnun olması bildirilmiş və araşdırmada iştirak etməyə dəvət edilmişdir. O, bildirmişdir ki, imza vərəqəsi ona verilərkən dairə seçki komissiyası tərəfindən həmin vərəqədə onun soyadı, adı, atasının adı və digər məlumatları yazılıb göstərilməmiş və ya həmin məlumatların yazılmasının zəruri olması barədə ona izahat verilməmişdir.

Araşdırma prosesində dairə seçki komissiyasının mübahisələndirilən qərarının çıxarılmasına əsas olmuş, namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb olunaraq müvafiq araşdırma aparılıb rəy verilməsi üçün Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış işçi qrupuna təqdim olunmuşdur. İşçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 20 noyabr 2014-cü il tarixli rəylər və protokoldan görünür ki, bələdiyyə üzvlüyünə namizəd A.Ə.Sadıqovun namizədliyinin qeydə alınması üçün təqdim etdiyi imza vərəqəsində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Namizəd tərəfindən toplanılmış 50 seçici imzasından 12 seçici imzası məlumatları tam göstərilməyən seçicilərin imzaları olduğundan etibarsız, 38 seçici imzası isə etibarlı hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı həmin bələdiyyə üzrə namizədliyin qeydə alınması üçün kifayət etdiyindən və namizədə aid digər sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğun olduğundan onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar yaranmışdır.

Belə ki, Seçki Məcəlləsinin 215.1.5-ci maddəsinə əsasən əhalisi 4.999-dan çox, 9.999-dan az olan ərazidə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş 30 etibarlı seçici imzası toplamalıdır. Müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi arayışla təsdiq olunur ki, Mahmudavar bələdiyyəsinin əhatə etdiyi ərazidə əhalinin sayı Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddəsi ilə müəyyən edilmiş say həddindədir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.4-cü maddəsinə əsasən seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.

Seçki Məcəlləsinin 60.2-ci maddəsində namizədliyin qeydə alınmasından imtina edilməsinin əsasları göstərilmişdir. Dairə seçki komissiyası şikayətçinin namizədliyinin qeydə alınmasından imtinaya dair qərar qəbul edərkən həmin maddənin tələblərini nəzərə almamışdır.

Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi və şikayətin təmin edilməsi üçün hüquqi əsasların olması müəyyən edilmişdir.

Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 75 saylı Lənkəran-Masallı seçki dairəsinin dairə seçki komissiyasının A.Ə.Sadıqovun namizədliyinin Mahmudavar bələdiyyəsi üzvlüyünə qeydə alınmasından imtina edilməsi barədə 14 noyabr 2014-cü il tarixli 16/38 saylı qərarı ləğv edilməli, onun həmin seçki dairəsindən bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmalıdır.

Yuxarıda göstərilənlər əsas götürülərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 28.4-cü, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 215.1.5-ci, 216.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:

 

1. 75 saylı Lənkəran-Masallı seçki dairəsindən Mahmudavar bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Sadıqov Arif Əbdül oğlunun 18 noyabr 2014-cü il tarixli 01 saylı şikayəti təmin edilsin, onun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 14 noyabr 2014-cü il tarixli 16/38 saylı qərarı ləğv edilsin.

2. 75 saylı Lənkəran-Masallı seçki dairəsindən Mahmudavar bələdiyyəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Sadıqov Arif Əbdül oğlunun bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

24 Noyabr 2014, 09:11

http://www.azertag.net

1881—1890 / 10511

10 Sentyabr 2020, 17:09

Ağdaş rayonunun Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Sentyabr 2020, 17:09

Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Sentyabr 2020, 17:09

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Sentyabr 2020, 17:09

Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Sentyabr 2020, 17:09

Y.Ə.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Sentyabr 2020, 17:09

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Sentyabr 2020, 15:09

Azərbaycan Respublikası Prezidentinin “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 24 may tarixli 1420 nömrəli və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” 2018-ci il 29 mart tarixli 1901 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Sentyabr 2020, 15:09

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Sentyabr 2020, 17:09

Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Sentyabr 2020, 17:09

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...