“Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında” 2017-ci il 23 avqust tarixli 1583 nömrəli və 2018-ci il 17 may tarixli 76 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli 860 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1794) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” üzrə:

1.1. 1.4-cü bənddən “, bir qayda olaraq,” sözləri çıxarılsın;

1.2. 1.7-ci bəndə “publik hüquqi şəxslərə” sözlərindən sonra “, qeyri-kommersiya hüquqi şəxslərinə” sözləri əlavə edilsin;

1.3. 1.8-ci bəndin birinci cümləsinə “Nazirlər Kabineti” sözlərindən sonra “Azərbaycan Respublikası qanunlarının,” sözləri əlavə edilsin;

1.4. 2.1-ci bənddən “, müşavirələrin” sözü çıxarılsın;

1.5. 3.3-cü bəndin birinci cümləsinə birinci halda “Nazirlər Kabinetinin” sözlərindən əvvəl “iclasda iştirak edəcək” sözləri əlavə edilsin;

1.6. 3.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin və ikinci – üçüncü cümlələr müvafiq olaraq üçüncü – dördüncü cümlələr hesab edilsin:

“Azərbaycan Respublikası Prezidentinin sədrlik etdiyi hallar istisna olmaqla, Nazirlər Kabinetinin iclasında gündəlikdəki məsələyə aidiyyəti olan Nazirlər Kabinetinin üzvləri iştirak edirlər.”;

1.7. 3.9-cu bənddə “Nazirlər Kabineti” sözləri “Nazirlər Kabinetinin, bu Qaydanın 3.5-ci bəndi nəzərə alınmaqla iclasda iştirak edəcək” sözləri ilə əvəz edilsin;

1.8. 3.10-cu bəndin birinci cümləsinə “iclasında” sözündən sonra “iştirak edən” sözləri əlavə edilsin;

1.9. 3.19-cu bəndə “tapşırığı ilə” sözündən sonra “və ya Baş Nazirin təşəbbüsü ilə” sözləri əlavə edilsin;

1.10. 5.1-ci bəndə “icrasının təşkili” sözlərindən sonra “, həmçinin Nazirlər Kabinetinin aktlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğunlaşdırılması” sözləri, “rəhbərinə,” sözündən sonra “Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərlərinə,” sözləri əlavə edilsin;

1.11. 5.11-ci bəndin birinci cümləsinə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə olunsun və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Tapşırığın icrası ilə bağlı icraçılar arasında fikir ayrılığı olduqda, bu Əsasnamənin 6.4 – 6.7-ci bəndlərinin müddəaları tətbiq edilir.”;

1.12. 5.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.12. Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinə verdiyi tapşırığın icrası ilə bağlı Baş Nazir və ya onun müavinləri tərəfindən müəyyən edilən əsas icraçı hazırladığı təklifləri həmin tapşırığın icrası məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi aktlarda, habelə Baş Nazir və ya onun müavinlərinin müəyyən etdiyi icra müddətində Baş Nazirə və ya onun müavinlərinə təqdim edir.”;

1.13. 6.5-ci bənddə “və dövlətin hüquqi şəxsinin (şəxslərinin) nümayəndələrinin” sözləri “, dövlətin hüquqi şəxsinin (şəxslərinin) və digər aidiyyəti qurumların rəhbərlərinin (müavinlərinin) və ya nümayəndələrinin” sözləri ilə əvəz edilsin;

1.14. 6.6-cı bənddə “bu barədə” sözlərindən sonra “Baş Nazirin müavini və ya Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən” sözləri əlavə edilsin;

1.15. 7.3-cü bəndin üçüncü cümləsində “və qeyri-hökumət təşkilatlarının” sözləri “, qeyri-hökumət təşkilatlarının və digər qurumların” sözləri ilə əvəz edilsin;

1.16. 12.2-ci bənddən “həftənin müəyyən günlərində” sözləri çıxarılsın.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” üzrə:

2.1. 1.1-ci bənddə “kateqoriyalı” sözü “kateqoriya” sözü ilə əvəz edilsin;

2.2. 1.3-cü bəndə “orqanları” sözündən sonra “və digər dövlət orqanları (qurumları)” sözləri əlavə edilsin;

2.3. 3.0.4-cü yarımbəndə “layihələrini” sözündən sonra “, həmçinin barəsində müvafiq aktların qəbul edilməsi tələb olunmayan məsələlərlə bağlı təklifləri” sözləri əlavə edilsin;

2.4. aşağıdakı məzmunda 3.0.4-1-ci yarımbənd əlavə edilsin:

“3.0.4-1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğunlaşdırılmasını təmin etmək;”;

2.5. 3.0.7-ci yarımbəndə “Prezidentinin” sözündən sonra “Nazirlər Kabinetinə həvalə etdiyi vəzifələrin” sözləri əlavə edilsin;

2.6. 3.0.12-ci yarımbəndə birinci halda “Nazirlər Kabinetinin” sözlərindən əvvəl “iclasda iştirak edəcək” sözləri əlavə edilsin;

2.7. 3.0.16-cı yarımbəndə birinci halda “Azərbaycan Respublikası Prezidentinin” sözlərindən əvvəl “Azərbaycan Respublikası qanunlarının,” sözləri əlavə edilsin;

2.8. 3.0.18-ci yarımbəndə “maliyyə,” sözündən sonra “hüquqi,” sözü əlavə edilsin;

2.9. 3.0.33-cü yarımbəndə “internet saytının” sözlərindən sonra “və sosial şəbəkələrdəki səhifələrinin” sözləri, “saytda” sözündən sonra “və sosial şəbəkələrdəki səhifələrdə” sözləri əlavə edilsin;

2.10. 4.0.3-cü yarımbəndə “layihələrini” sözündən sonra “, habelə barəsində müvafiq aktların qəbul edilməsi tələb olunmayan məsələlərə dair təkliflər” sözləri əlavə edilsin;

2.11. 4.0.5-ci yarımbəndə “qeyri-hökumət təşkilatları” sözlərindən əvvəl “Baş Nazirin razılığı və ya tapşırığı ilə” sözləri əlavə edilsin;

2.12. 4.0.11-ci yarımbəndə “yaxşılaşdırılması” sözündən sonra “və onların təltif edilməsi” sözləri əlavə edilsin;

2.13. 5.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.8. Nazirlər Kabineti Aparatının rəhbərinin iki müavini vardır. Nazirlər Kabineti Aparatının rəhbərinin müavinləri Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən onlara həvalə olunmuş vəzifələri yerinə yetirirlər və buna görə şəxsən məsuliyyət daşıyırlar.”;

2.14. 5.9.1-ci yarımbənddə “müavininin” sözü “müavinlərinin” sözü ilə əvəz edilsin;

2.15. 5.9.5-ci yarımbəndə “verilməsi” sözündən sonra “, həmçinin razılaşdırılması” sözləri əlavə edilsin;

2.16. 5.9.7-ci yarımbənddə “daxili strukturunu” sözləri “ştat cədvəlini” sözləri ilə, “habelə ştat cədvəlini” sözləri “təsdiq edilmiş ştat cədvəli” sözləri ilə əvəz edilsin;

2.17. 5.9.9-cu yarımbəndə “Prezidentinin” sözündən sonra “Nazirlər Kabinetinə həvalə etdiyi vəzifələrin, habelə” sözləri əlavə edilsin;

2.18. 5.9.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.9.12. Nazirlər Kabineti Aparatının struktur bölmələri tərəfindən Baş Nazirə və onun müavinlərinə təqdim edilən hüquqi aktların layihələrinə və digər sənədlərə viza verir;”;

2.19. 5.9.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.9.15. Baş Nazirin tapşırığı, habelə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölmələrinin müraciətləri əsasında mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının, dövlətin hüquqi şəxslərinin, habelə digər aidiyyəti qurumların rəhbərlərinin (müavinlərinin) və ya nümayəndələrinin iştirakı ilə müzakirə aparır;”;

2.20. 5.10-cu bənddə “onun səlahiyyətlərini Nazirlər Kabineti Aparatının rəhbərinin” sözləri “Nazirlər Kabineti Aparatının rəhbərinin səlahiyyətlərini onun müəyyən etdiyi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2020-ci il.

2 Sentyabr 2020, 17:09

http://www.azertag.az

1—10 / 10511

24 İyul 2023, 12:07

Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

“Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 İyul 2023, 15:07

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 İyul 2023, 15:07

C.Ə.Həsənovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 İyul 2023, 14:07

“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI   ətraflı...

8 İyul 2023, 14:07

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə barədə” 1997-ci il 21 aprel tarixli 575 nömrəli, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər haqqında” 2003-cü il 23 oktyabr tarixli 951 nömrəli, “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 69 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli 1921 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 2 may tarixli 868-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 İyun 2023, 14:06

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...