“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1031 IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1031-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2014-cü il.
4 Noyabr 2014, 09:1114 Yanvar 2015, 09:01
Yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında ətraflı...
14 Yanvar 2015, 09:01
Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri etibarsız hesab edilmiş bələdiyyələrin SİYAHISI ətraflı...
14 Yanvar 2015, 09:01
Mərkəzi Seçki Komissiyası tərəfindən protokolları etibarsız hesab edilmiş məntəqə seçki komissiyalarının SİYAHISI ətraflı...
14 Yanvar 2015, 09:01
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ PROTOKOLU ətraflı...
14 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair ətraflı...
14 Yanvar 2015, 09:01
2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili”elan edilməsi haqqında ətraflı...
14 Yanvar 2015, 09:01
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
14 Yanvar 2015, 09:01
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1138-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
14 Yanvar 2015, 09:01
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
14 Yanvar 2015, 09:01
Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında əməkdaşlığa dair 2014-2018-ci illər üçün Çərçivə Proqramının təsdiq edilməsi haqqında ətraflı...