Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına

Hörmətli iştirakçılar!

Sizi Bakı şəhərində Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm.

Beynəlxalq nəqliyyat təşkilatları sırasında Avropa və Asiya ölkələrini birləşdirən Dəmiryol Nəqliyyatı Şurasının özünəməxsus yeri vardır. Şuranın fəaliyyəti sayəsində ölkələrimizin dəmir yolları arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş, yük və sərnişin daşımalarının fasiləsiz təmin edilməsinə, infrastrukturun və hərəkət tərkiblərinin yenilənməsinə, razılaşdırılmış beynəlxalq tarif siyasətinin həyata keçirilməsinə və hüquqi bazanın təkmilləşdirilməsinə nail olunmuşdur.

Azərbaycan Respublikasında nəqliyyat sektoru iqtisadiyyatın inkişafında mühüm mövqeyə malikdir. Bu gün yol-nəqliyyat kompleksinin bütün sahələri sürətlə modernləşdirilir, yalnız ölkə miqyasında deyil, eləcə də region üçün əhəmiyyətli layihələr həyata keçirilir.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası, qəbul olunmuş Dövlət Proqramı çərçivəsində Azərbaycan dəmir yollarının infrastrukturunun yenidən qurulması, həmçinin digər tədbirlər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daha böyük həcmdə daşımaların yerinə yetirilməsinə şərait yaradır.

Ümidvaram ki, iclas zamanı dəmiryolu nəqliyyatının aktual məsələləri ilə bağlı aparacağınız geniş müzakirələr gələcək qarşılıqlı fəaliyyətinizin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəkdir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2014-cü il.

22 Oktyabr 2014, 09:10

http://www.azertag.net

10361—10370 / 10511

4 Fevral 2014, 09:02

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

3 Fevral 2014, 09:02

2014-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Fevral 2014, 08:02

"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında   ətraflı...

3 Fevral 2014, 08:02

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə   ətraflı...

3 Fevral 2014, 08:02

Azərbaycan Respublikası Energetika Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə   ətraflı...

3 Fevral 2014, 08:02

"Gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar"ın təsdiq edilməsi haqqında   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

"Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları"nda dəyişiklik edilməsi haqqında   ətraflı...

30 Yanvar 2014, 09:01

"Feldyeger rabitəsi orqanının rəis heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin, verilmə qaydalarının, normalarının və istifadə müddətlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 fevral tarixli 10 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...