Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Qəbələ rayonunun sosial-iqtisadi inkişafında köklü dəyişikliklər baş vermiş, mühüm infrastruktur layihələri yerinə yetirilmişdir. Ən müasir tələblərə cavab verən Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Heydər Əliyev Konqres Mərkəzi inşa edilmiş, Tarix Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, sosial yönümlü, o cümlədən yeni turizm, mədəniyyət və təhsil obyektləri istifadəyə verilmiş, iri sənaye müəssisələri yaradılmış, 13 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Qəbələ şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qəbələ Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 2014-cü il.
25 Sentyabr 2014, 09:09
10 İyul 2014, 09:07
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1001-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
10 İyul 2014, 09:07
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşəəmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
10 İyul 2014, 09:07
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 999-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
9 İyul 2014, 09:07
“ADA” Universitetinin NİZAMNAMƏSİ ətraflı...
9 İyul 2014, 09:07
“ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında ətraflı...
9 İyul 2014, 09:07
H.M.Paşayevin “ADA” Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
9 İyul 2014, 09:07
Göyçay rayonunun Cəyirli-Qızılağac-Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
9 İyul 2014, 09:07
F.N.Əzizova “Əməkdar Dövlət Qulluqçusu”fəxri adının verilməsi haqqında ətraflı...
9 İyul 2014, 09:07
Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...