“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7 (I kitab), maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1, maddə 45, № 4, maddələr 571, 596, № 5, maddə 797, № 7, maddələr 1176, 1181, 1190, 1192, № 8, maddələr 1360, 1363, 1371, № 11, maddələr 1681, 1694; 2020, № 5, maddələr 521, 524, № 6, maddə 665, № 7, maddələr 824, 828, 837, 851, 853, № 11, maddə 1327, № 12 (I kitab), maddə 1423; 2021, № 2, maddə 117, № 6 (I kitab), maddə 554, № 7, maddələr 711, 714, 718, № 10, maddə 1094, № 11, maddə 1207, № 12, maddə 1314) aşağıdakı dəyişikliklər edilsin:
1. 7-ci maddənin mətni 7.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 7.2-ci maddə əlavə edilsin:
“7.2. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
2. 22.0.39-cu maddəsi aşağıdakı redaksiyada verilsin:
22.0.39. Audiovizual media fəaliyyəti: |
|
22.0.39.1. ümumölkə yerüstü televiziya yayımçısı |
5 000 manat |
22.0.39.2. ümumölkə yerüstü radio yayımçısı |
2 500 manat |
22.0.39.3. regional yerüstü televiziya yayımçısı |
1 500 manat |
22.0.39.4. regional yerüstü radio yayımçısı |
500 manat |
22.0.39.5. peyk yayımı həyata keçirən platforma yayımçısı |
2 500 manat |
22.0.39.6. peyk yayımı həyata keçirməyən platforma yayımçısı |
1 500 manat |
22.0.39.7. sifarişli yayım xidməti provayderi |
500 manat |
22.0.39.8. sadə platforma operatoru |
1 500 manat |
22.0.39.9. universal platforma operatoru |
2 500 manat |
22.0.39.10. multipleks operatoru |
2 500 manat |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2022-ci il
6 May 2022, 15:056 May 2014, 17:05
"Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
6 May 2014, 17:05
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə ətraflı...
6 May 2014, 17:05
"Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında ətraflı...
6 May 2014, 09:05
T.Ə.Əmiraslanovun Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında ətraflı...
6 May 2014, 09:05
T. R. Mehdiyevin Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında ətraflı...
6 May 2014, 09:05
T.R.Mehdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
6 May 2014, 09:05
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında ətraflı...
5 May 2014, 09:05
N.N. Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
5 May 2014, 09:05
Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
5 May 2014, 09:05
F.Ş. Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...