“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 508-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu”nun 5-ci maddəsinin 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. 2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın müəyyən edilməsi barədə həmin Konvensiyanın Katibliyinə bildiriş göndərsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyun 2021-ci il

17 İyun 2021, 20:06

http://www.azertag.az

8821—8830 / 10511

28 Yanvar 2015, 09:01

M.A.Ağayevin Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

27 Yanvar 2015, 09:01

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında   ətraflı...

27 Yanvar 2015, 09:01

R.S. Tağıyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

27 Yanvar 2015, 09:01

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında   ətraflı...

27 Yanvar 2015, 09:01

N.U. Məhərrəmovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında   ətraflı...

26 Yanvar 2015, 09:01

"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında   ətraflı...

26 Yanvar 2015, 09:01

"Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları"nın və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

23 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

21 Yanvar 2015, 09:01

"Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılmasıQaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

21 Yanvar 2015, 09:01

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1166-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...