Azərbaycan Respublikası Prezidentinin “2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyun tarixli 447 nömrəli, “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 7 iyun tarixli 449 nömrəli, “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” 2011-ci il 24 noyabr tarixli 530 nömrəli, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 660 nömrəli, “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 iyun tarixli 662 nömrəli, “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 7 mart tarixli 840 nömrəli və “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə” 2013-cü il 15 mart tarixli 848 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “2011-ci il aprelin 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 447 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 502) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

2. “2011-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 449 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 504) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

3. “Azərbaycan Respublikası və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 530 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1002) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Fərmanın 1.1-ci bəndində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi isə bu Fərmanın 1.2-ci bəndində göstərilən sazişlərin müddəalarının həyata keçirilməsini təmin etsin.”.

4. “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış sazişlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 554) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Fərmanın 1.1-ci bəndində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi isə bu Fərmanın 1.2-ci bəndində göstərilən sazişlərin müddəalarının həyata keçirilməsini təmin etsin.”.

5. “2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 662 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 556) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

6. “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 840 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 242) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə, “təmin etsin” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etsinlər” sözləri ilə əvəz edilsin.

7. “2013-cü il fevralın 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 848 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 250) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

29 Yanvar 2021, 19:01

http://www.azertag.az

1881—1890 / 10511

10 Sentyabr 2020, 17:09

Ağdaş rayonunun Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Sentyabr 2020, 17:09

Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Sentyabr 2020, 17:09

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

9 Sentyabr 2020, 17:09

Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Sentyabr 2020, 17:09

Y.Ə.Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Sentyabr 2020, 17:09

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Sentyabr 2020, 15:09

Azərbaycan Respublikası Prezidentinin “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 24 may tarixli 1420 nömrəli və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması Qaydaları”nın və “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”nin təsdiq edilməsi haqqında” 2018-ci il 29 mart tarixli 1901 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Sentyabr 2020, 15:09

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Sentyabr 2020, 17:09

Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Sentyabr 2020, 17:09

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...