İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İşğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.

3. Müəyyən edilsin ki:

3.1. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir;

3.2. xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 2021-ci il.

19 Yanvar 2021, 17:01

http://www.azertag.az

8861—8870 / 10511

14 Yanvar 2015, 09:01

Yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

14 Yanvar 2015, 09:01

Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri etibarsız hesab edilmiş bələdiyyələrin SİYAHISI   ətraflı...

14 Yanvar 2015, 09:01

Mərkəzi Seçki Komissiyası tərəfindən protokolları etibarsız hesab edilmiş məntəqə seçki komissiyalarının SİYAHISI   ətraflı...

14 Yanvar 2015, 09:01

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ PROTOKOLU   ətraflı...

14 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair   ətraflı...

14 Yanvar 2015, 09:01

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili”elan edilməsi haqqında   ətraflı...

14 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

14 Yanvar 2015, 09:01

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1138-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

14 Yanvar 2015, 09:01

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

14 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında əməkdaşlığa dair 2014-2018-ci illər üçün Çərçivə Proqramının təsdiq edilməsi haqqında   ətraflı...