“Nəqliyyat haqqında”, “Aviasiya haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1588-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 399; 2000, № 7, maddə 486; 2001, № 12, maddə 731; 2002, № 5, maddə 241; 2008, № 11, maddə 957; 2011, № 7, maddə 610; 2014, № 4, maddə 335; 2017, № 12 (I kitab), maddə 2212; 2019, № 6, maddə 988) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci maddənin dördüncü abzasında “ödəniş və ya muzdla” sözləri “haqq müqabilində” sözləri ilə və “hüququ və ya başqa qanuni əsaslarla” sözləri “və ya istifadə hüququ ilə” sözləri ilə əvəz edilsin;

1.2. 9-cu maddənin 3-cü hissəsinin birinci abzasına “yükgöndərən” sözündən sonra “və ya onun səlahiyyətləndirdiyi digər şəxs” sözləri əlavə edilsin;

1.3. 19-cu maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə uyğun həyata keçirilir.”.

Maddə 2. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 689; 2007, № 12, maddə 1218; 2009, № 12, maddə 948; 2011, № 3, maddə 169; 2015, № 1, maddə 10, № 2, maddə 95; 2016, № 10, maddə 1604; 2017, № 3, maddə 338, № 5, maddə 693; 2018, № 10, maddə 1960, № 12 (I kitab), maddə 2514; 2019, № 6, maddə 989) aşağıdakı məzmunda 48.5-1-ci maddə əlavə edilsin:

“48.5-1. Yükgöndərən daşıma müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir. Yükgöndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir.”.

Maddə 3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2 (II kitab), maddə 221; 2017, № 2, maddə 140, № 12 (I kitab), maddə 2211; 2018, № 1, maddə 22, № 12 (I kitab), maddələr 2510, 2517; 2019, № 3, maddə 374, № 8, maddə 1379) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.0.9-cu maddəyə “əsaslarla” sözündən sonra “haqq müqabilində” sözləri, “yerinə yetirən” sözlərindən sonra “, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan” sözləri əlavə edilsin;

3.2. 14-cü maddə üzrə:

3.2.1. 14.1.2-ci maddədə “hüququ və ya digər qanuni əsaslarla” sözləri “, icarə və ya istifadə hüququ ilə” sözləri ilə əvəz edilsin;

3.2.2. 14.2.4-cü maddədə “və digər qanuni əsaslarla sərəncamında” sözləri “, icarəsində və ya istifadəsində” sözləri ilə əvəz edilsin;

3.2.3. 14.2.5-ci maddədə “və digər qanuni əsaslarla istifadə (icarə, etibarnamə və s.)” sözləri “, icarə və ya istifadə” sözləri ilə əvəz edilsin;

3.3. 27.2-ci maddədə “və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.)” sözləri “, icarəsində və ya istifadəsində” sözləri ilə əvəz edilsin;

3.4. 37.1-ci maddəyə “təyinat məntəqəsinə” sözlərindən əvvəl “haqq müqabilində olduğu yerdən” sözləri əlavə edilsin və həmin maddədə “yükgöndərən isə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa,” sözləri “yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə” sözləri ilə əvəz edilsin;

3.5. 58.1-ci maddəyə “əvvəl” sözündən sonra “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861-ci maddəsi,” sözləri əlavə edilsin.

Maddə 4. “Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464; 2019, № 6, maddə 990) 3.1.21-ci maddəsinə “əsaslarla” sözündən sonra “haqq müqabilində” sözləri, “yerinə yetirən” sözlərindən sonra “, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il.

3 İyun 2020, 09:06

http://www.azertag.az

8911—8920 / 10511

7 Yanvar 2015, 09:01

1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə   ətraflı...

7 Yanvar 2015, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı"nda dəyişiklik edilməsi haqqında   ətraflı...

7 Yanvar 2015, 09:01

"Dəniz terminalının operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu Qaydası"nın təsdiqedilməsi haqqında   ətraflı...

7 Yanvar 2015, 09:01

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 iyun tarixli 141 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

7 Yanvar 2015, 09:01

"Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər"in və "Yoxlama haqqında şəhadətnamənin forması"nın təsdiq edilməsi haqqında   ətraflı...

7 Yanvar 2015, 09:01

"Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında   ətraflı...

7 Yanvar 2015, 09:01

"Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası"nın təsdiq edilməsi barədə   ətraflı...

7 Yanvar 2015, 09:01

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması iləəlaqədar əlavə tədbirlər haqqında   ətraflı...

6 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 128 saylı müraciətə baxılması barədə   ətraflı...

6 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2015-ci il tarixli 119 saylı müraciətə baxılması barədə   ətraflı...