Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 251)
Relizin Tarixi: 13.09.1997
Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 1996-cı il tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:
«Qızıl kitab»a adları yazılmış gənc istedadlara təqdim etmək üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu hesabına hər biri 1 milyon manat həcmində on xüsusi aylıq təqaüd təsis edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 13 sentyabr 1997-ci il
№ 662
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 251) («LegalActs» LLC).
© LegalActs LLC