Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında


Relizin Tarixi: 22.02.2018

Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında

Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 1996-cı il tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:

1. «Qızıl kitab»a adları yazılmış gənc istedadların hər biri üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu hesabına 400 manat məbləğində xüsusi aylıq təqaüd təsis edilsin.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci bəndində gənc istedadlar üçün nəzərdə tutulan təqaüd onlar 25 yaşına çatanadək verilir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 13 sentyabr 1997-ci il

№ 662

«Azərbaycan» qəzetində dərc edilmişdir (14 sentyabr 1997-ci il, № 200) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 251) ( «LegalActs» LLC).

19 fevral 2007-ci il tarixli, 1965 nömrəli; 22 fevral 2018-ci il tarixli Sərəncama əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC