İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (26 iyul 1996-cı il, № 142) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 202)

Relizin Tarixi: 16.07.1996

İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında

İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan SSR Ali Sovetinin 1984-cü il dekabrın 13-də qəbul etdiyi İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsina (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1984-cü il, № 23, maddə 198; 1985-ci il, № 9, maddə 112, № 11, maddə 130; 1986-cı il, № 5—6, maddə 24, № 13, maddə 93; 1987-ci il, № 15—16, maddə 153, № 21, maddə 215, № 24, maddə 250; 1988-ci il, № 1, maddə 1, № 5—6, maddə 35, № 8, maddə 58, № 15, maddə 139, № 16, maddə 150, № 18—19, maddə 173, № 22—23, maddə 220; 1989-cu il, № 9, maddə 69; 1990-cı il, № 8, maddə 55, № 12, maddə 155; 1991-ci il, № 14, maddə 236; 1992-ci il, № 16, maddə 687, № 18, maddə 828; 1993-cü il, № 6, maddə 158; 1995-ci il, № 22, maddə 348) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1) Məcəlləyə aşağıdakı məzmunda 41-6-cı, 41-7-ci və 41-8-ci maddələr əlavə edilsin:

«Maddə 41-6. Kollektiv danışıqların aparılması qaydasının pozulması

Kollektiv müqavilənin (sazişin) hazırlanmasına və ya ona dəyişikliklər edilməsinə dair kollektiv danışıqların aparılmasında iştirakdan imtina edilməsinə, habelə kollektiv danışıqların aparılması ilə əlaqədar yaradılmış komissiyaların iş şəraitinin təmin edilməməsinə görə,—

    • vəzifəli şəxslər (işəgötürənlər) minimum əmək haqqı məbləğinin əlli misli miqdarında cərimə olunurlar.

Kollektiv danışıqların müəyyən olunmuş başlanma müddətinin ötürülməsinə görə,—

    • vəzifəli şəxslər (işəgötürənlər) götürülmüş hər gün üçün minimum əmək haqqı məbləğinin iyirmi misli miqdarında cərimə olunurlar.

Maddə 41-7. Kollektiv müqavilənin (sazişin) şərtlərinin pozulması

Kollektiv müqavilənin (sazişin) şərtlərinin pozulmasına görə,—

    • vəzifəli şəxslər (işəgötürənlər) minimum əmək haqqı məbləğinin iki yüz misli miqdarınadək cərimə olunurlar.

Maddə 41-8. Kollektiv danışıqların aparılması üçün kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün zəruri məlumatların təqdim edilməməsi

Kollektiv danışıqların aparılması üçün, habelə kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün zəruri məlumatların təqdim edilməməsinə görə,—

    • vəzifəli şəxslər (işəgötürənlər) minimum əmək haqqı məbləğinin on misli miqdarında cərimə olunurlar.».

2) 211-ci maddədə «41-5» rəqəmləri «41-8» rəqəmləri ilə əvəz edilsin.

3) 266-cı maddənin 2-ci hissəsində «41-5» rəqəmləri «41-8» rəqəmləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 16 iyul 1996-cı il

№ 154-IQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 iyul 1996-cı il, № 142) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 202) («LegalActs» LLC).

11 iyul 2000-ci il tarixli, 906-IQ nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC