Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 746)

Relizin Tarixi: 15.03.2007

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi haqqında

Qərar № 192

Bakı şəhəri, 10 dekabr 2002-ci il

«Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 7 avqust tarixli, 1003 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi işçilərinin ştat sayı 500 vahid müəyyən edilsin.

2. Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsinə daha əlverişli şəraitin yaradılması və elmi mütəxəssislərin işə cəlb edilməsinin stimullaşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin aparatında əsas şöbənin rəisinin və işlər müdirinin vəzifə maaşına 30 manat, əsas şöbənin rəis müavininin və elmi katibin vəzifə maaşına 25 manat, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi-tədqiqat müəssisələrində çalışan işçilərin vəzifə maaşlarına aşağıdakı məbləğlərdə əlavələr tətbiq edilsin:

Əməyin ödənilməsi dərəcələri

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

Əlavələrin məbləği (manatla)

40

41

42

44

46

48

50

53

56

59

62

65

68

75

85

100

140

180

330»

3. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi sədrinin aylıq vəzifə maaşı 1500.0 min manat, sədrin müavini – akademik katibin aylıq vəzifə maaşı 1200.0 min manat, bölmə aparatının digər işçilərinin aylıq vəzifə maaşları isə «Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanları işçilərinin əmək haqlarının artırılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 29 yanvar tarixli, 28 nömrəli qərarının 1 nömrəli əlavəsinin 1-ci hissəsinə və 5 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın Naxçıvan bölməsinin fəaliyyətinin təşkili üçün lazımi tədbirlər görsünlər və bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.

5. Bu qərar 2003-cü il yanvar ayının 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 746) («LegalActs» LLC).

27 yanvar 2005-ci il tarixli, 8 nömrəli; 15 mart 2007-ci il tarixli, 53 nömrəli qərarlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC