Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi haqqında
Relizin Tarixi: 28.04.2017
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi haqqında
Qərar № 192
Bakı şəhəri, 10 dekabr 2002-ci il
«Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 7 avqust tarixli, 1003 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi işçilərinin ştat sayı 500 vahid müəyyən edilsin.
2. Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsinə daha əlverişli şəraitin yaradılması və elmi mütəxəssislərin işə cəlb edilməsinin stimullaşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin aparatında əsas şöbənin rəisinin və işlər müdirinin vəzifə maaşına 30 manat, əsas şöbənin rəis müavininin və elmi katibin vəzifə maaşına 25 manat, dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşlarına aşağıdakı məbləğlərdə əlavələr tətbiq edilsin:
Əməyin ödənilməsi dərəcələri |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
12 |
13 |
14 |
15 |
16 |
17 |
18 |
19 |
Əlavələrin məbləği (manatla) |
40 |
41 |
42 |
44 |
46 |
48 |
50 |
53 |
56 |
59 |
62 |
65 |
68 |
75 |
85 |
100 |
140 |
180 |
330» |
3. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan
bölməsi sədrinin aylıq vəzifə maaşı 1500.0 min manat, sədrin müavini – akademik
katibin aylıq vəzifə maaşı 1200.0 min manat, bölmə aparatının digər işçilərinin
aylıq vəzifə maaşları isə «Azərbaycan Respublikasının icra və məhkəmə
hakimiyyəti orqanları işçilərinin əmək haqlarının artırılması haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 29 yanvar tarixli, 28
nömrəli qərarının 1 nömrəli əlavəsinin 1-ci hissəsinə və 5 nömrəli əlavəsinə
uyğun olaraq müəyyən edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın Naxçıvan bölməsinin fəaliyyətinin təşkili üçün lazımi tədbirlər görsünlər və bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.
5. Bu qərar 2003-cü il yanvar ayının 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 746) («LegalActs» LLC).
27 yanvar 2005-ci il tarixli, 8 nömrəli; 15 mart 2007-ci il tarixli, 53 nömrəli; 28 aprel 2017-ci il tarixli, 178 nömrəli Qərarlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC