«Azərbaycan Respublikasının «Özəl sektorun inkişafı üzrə İslam Korporasiyasının yaradılması haqqında Saziş»ə qoşulması barədə» Azərbaycan Respublikası Qanununun icra olunmasını təmin edən tədbirlər barədə

Relizin Tarixi: 27.06.2014

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası ilə əlaqələrin saxlanılması Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılsın ki, «Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının yaradılması haqqında Saziş»in icra olunmasının təmin edilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əlaqələrin saxlanılmasının Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilməsi barədə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasını xəbərdar etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV,

Bakı şəhəri, 31 oktyabr 2002-ci il

№ 1078

«Azərbaycan» qəzetində dərc edilmişdir (2 noyabr 2002-ci il, № 253) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 633) («LegalActs» LLC).

27 iyun 2014-cü il tarixli Fərmana əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC