«Azərbaycan Respublikasının «Özəl sektorun inkişafı üzrə İslam Korporasiyasının yaradılması haqqında Saziş»ə qoşulması barədə» Azərbaycan Respublikası Qanununun icra olunmasını təmin edən tədbirlər barədə
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 noyabr 2002-ci il, № 253) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 633)
Relizin Tarixi: 31.10.2002«Azərbaycan Respublikasının «Özəl sektorun inkişafı üzrə İslam Korporasiyasının yaradılması haqqında Saziş»ə qoşulması barədə» Azərbaycan Respublikası Qanununun icra olunmasını təmin edən tədbirlər barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası ilə əlaqələrin saxlanılması Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, «Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının yaradılması haqqında Saziş»in icra olunmasının təmin edilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əlaqələrin saxlanılmasının Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilməsi barədə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasını xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV,
Bakı şəhəri, 31 oktyabr 2002-ci il
№ 1078
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 noyabr 2002-ci il, № 253) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 633) («LegalActs» LLC).
© LegalActs LLC