2002-ci il mayın 14-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə»nin təsdiq edilməsi barədə


«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il, № 195) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 526)

Relizin Tarixi: 24.08.2002

2002-ci il mayın 14-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə»nin təsdiq edilməsi barədə

2002-ci il mayın 14-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə»nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2002-ci il mayın 14-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə» təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 24 avqust 2002-ci il.

№ 1027.

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il, № 195)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 526) («LegalActs» LLC)


 Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında
Müqavilə

Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti, uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində 10 iyun 1996-cı il tarixli Hərbi sahədə təlim, texniki və elmi əməkdaşlıq haqqında Sazişə və 11 avqust 1992-ci il tarixli Hərbi təlim sahəsində əməkdaşlıq haqqında Müqaviləyə əsaslanaraq, hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yenidən qurulması işinə yardım etmək məqsədi ilə aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə 3.786.140.000.000 (üç trilyon yeddi yüz səksən altı milyard yüz qırx milyon) Türkiyə lirəsinə bərabər ABŞ dolları məbləğində təmənnasız yardım edəcəkdir.

Təmənnasız yardım 2002-ci ildən etibarən istifadə olunmağa başlanacaqdır.

Maddə 2

Təmənnasız yardımın 3.466.100.000.000 (üç trilyon dörd yüz altmış altı milyard yüz milyon) Türkiyə lirəsinə bərabər ABŞ dolları məbləğində olan hissəsi avadanlıq və xidmət yardımı şəklində, 320.040.000.000 (üç yüz iyirmi milyard qırx milyon) Türkiyə lirəsinə bərabər ABŞ dolları məbləğində olan hissəsi isə maliyyə yardımı şəklində Türkiyə Respublikasının bu xüsusdakı mövcud qaydalarına müvafiq olaraq ediləcəkdir.

Maddə 3

3.786.140.000.000 (üç trilyon yeddi yüz səksən altı milyard yüz qırx milyon) Türkiyə lirəsinə bərabər ABŞ dolları məbləğindəki təmənnasız yardım, hər iki ölkənin səlahiyyətli şəxsləri tərəfindən bu Müqaviləyə əlavə olaraq ayrıca hazırlanıb imzalanacaq Tətbiq Protokolu əsasında həyata keçiriləcəkdir.

Maddə 4

Azərbaycan Respublikası Türkiyə Respublikasının əvvəlcədən razılığı olmadan mal və xidmətləri və yaxud onlardan istifadə hüququnu başqa bir ölkəyə və ya üçüncü tərəfə verməyəcəyi barədə razılaşmışdır.

Maddə 5

Bu Müqavilə Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Nazirlər Şurası tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək və Tətbiq Protokolu ilə müəyyən ediləcək mal və xidmətlərin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təhvil alınmasına qədər qüvvədə qalacaqdır.

Təmənnasız hərbi yardım haqqında Müqavilə Azərbaycan Respublikası adından Müdafiə Nazirliyi tərəfindən, Türkiyə Respublikası adından isə Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən həyata keçiriləcəkdir.

Bu Müqavilənin həyata keçirilməsində meydana gələ bilən bütün anlaşılmazlıqlar bilavasitə danışıqlar yolu ilə həll ediləcəkdir.

Bu Müqavilə Azərbaycan, türk və ingilis dillərində iki nüsxədə hazırlanmışdır, hər hansı bir anlaşılmazlıq yarandığı təqdirdə, ingilis dilində olan mətn əsas götürüləcəkdir.

Bu Müqavilə 2002-ci il mayın 14-də Bakı şəhərində (Azərbaycan Respublikası) imzalanmışdır.

Azərbaycan Respublikası
Hökuməti adından
polkovnik Tale MİRZƏYEV
Silahlı Qüvvələrin maddi-texniki
təminat rəisi - müdafiə nazirinin
maddi-texniki təminat üzrə müavini
vəzifəsini icra edən

Türkiyə Respublikası
Hökuməti adından
briqada generalı H. Cihangir DUMANLI
Silahlı Qüvvələrin Baş Qərargahının
Müdafiə Planlaşdırması və Mənbələrin
İstiqamətləndirilməsi İdarəsinin rəisi


© LegalActs LLC