2002-ci il iyunun 1-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə
«Azərbaycan» qəzetində dərc edilmişdir (25 avqust 2002-ci il № 194) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 521)
Relizin Tarixi: 24.08.20022002-ci il iyunun 1-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2002-ci il iyunun 1-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurun yerinə yetirilməsi barədə İtaliya Respublikasının Hökumətini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 24 avqust 2002-ci il
№ 1022
«Azərbaycan» qəzetində dərc edilmişdir (25 avqust 2002-ci il № 194) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 521) («LegalActs» LLC).
© LegalActs LLC