Avropa İttifaqı Komissiyasının Texniki Yardım Proqramı üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında


Relizin Tarixi: 02.07.2020

Avropa İttifaqı Komissiyasının Texniki Yardım Proqramı üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında

Avropa İttifaqı Komissiyasının Texniki Yardım Proqramı üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Abdulla oğlu Mustafayev Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru təyin edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 5 sentyabr tarixli 892 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 10 iyun 2002-ci il

№ 940

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 iyun 2002-ci il, № 131) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 347) («LegalActs» LLC).

31 oktyabr 2005-ci il tarixli, 1080 nömrəli; 7 sentyabr 2007-ci il tarixli, 2379 nömrəli; 13 fevral 2009-cu il tarixli, 61 nömrəli; 14 may 2014-cü il tarixli, 164 nömrəli; 16 avqust 2016-cı il tarixli; 2 iyul 2020-ci il tarixli, __ nömrəli Fərmanlara və sərəncamlara əsasən dəyişiklik və əlavələrlə («LegalActs» LLC).

© LegalActs LLC