Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin yaradılması haqqında


«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 376)

Relizin Tarixi: 27.01.2005

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin yaradılması haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin yaradılması haqqında

Qərar № 91

Bakı şəhəri, 5 iyun 2002-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında 2002-ci ilin dövlət büdcəsində onun saxlanılması üçün ayrılan vəsait dairəsində Maliyyə Elm-Tədris Mərkəzinin yaradılması barədə Maliyyə Nazirliyinin təklifi qəbul edilsin.

2. Maliyyə Elm-Tədris Mərkəzinin işçilərinin vəzifə maaşları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin vəzifə maaşları səviyyəsində müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:

    • Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Əsasnaməsini təsdiq etsin;
    • bu qərardan irəli gələn digər məsələləri həll etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 376) («LegalActs» LLC).

27 yanvar 2005-ci il tarixli, 8 nömrəli qərara əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC