Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin yaradılması haqqında
«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 376)
Relizin Tarixi: 05.06.2002Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin yaradılması haqqında
Qərar № 91
Bakı şəhəri, 5 iyun 2002-ci il
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında 2002-ci ilin dövlət büdcəsində onun saxlanılması üçün ayrılan vəsait dairəsində Maliyyə Elm-Tədris Mərkəzinin yaradılması barədə Maliyyə Nazirliyinin təklifi qəbul edilsin.
2. Maliyyə Elm-Tədris Mərkəzinin işçilərinin vəzifə maaşları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin vəzifə maaşları səviyyəsində müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Əsasnaməsini təsdiq etsin;
- bu qərardan irəli gələn digər məsələləri həll etsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 376)
© LegalActs LLC