Naxçıvan Muxtar Respublikası üçün İran İslam Respublikasından alınan elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi barədə
«Azərbaycan» qəzetində dərc edilmişdir (17 yanvar 2001-ci il, №13) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2001-ci il, № 1, maddə 42)
Relizin Tarixi: 15.01.2001
Naxçıvan Muxtar Respublikası üçün İran İslam Respublikasından alınan elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərenerji» Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası üçün İran İslam Respublikasından alınan elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi məqsədi ilə qərara alıram:
1. «Azərenerji» Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası üçün İran İslam Respublikasından alınan elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hesabından 4 il ərzində hər rüb 2,768 milyon ABŞ dolları olmaqla, cəmi 44.3 milyon ABŞ dolları məbləğində vəsait ayrılsın.
2. «Azərenerji» Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci bəndinə əsasən onun xüsusi hesabına daxil olan vəsaitin 2001-ci ilin
I rübündən başlayaraq 4 il ərzində hər rüb müvafiq müqaviləyə uyğun olaraq, İran İslam Respublikası Energetika Nazirliyinin «Təvanir» Şirkətinin hesabına köçürülməsini təmin etsin.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 15 yanvar 2001-ci il
№ 610
«Azərbaycan» qəzetində dərc edilmişdir (17 yanvar 2001-ci il, №13) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2001-ci il, № 1, maddə 42) («LegalActs» LLC).
© LegalActs LLC