Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında


«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 dekabr 1993-cü il, № 23—24 (900—901) maddə 678)

Relizin Tarixi: 06.02.1998

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 6 dekabr 1993-cü il

№ 755

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 dekabr 1993-cü il, № 23—24 (900—901) maddə 678) («LegalActs» LLC).

6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikasının 1993-cü il
6 dekabr tarixli, 755 nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin
Statutu

1. Azərbaycan Respublikasının ali hərbi ordeni olan «Şah İsmayıl» ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər.

2. «Şah İsmayıl» ordeni aşağıdakılara görə verilir:

    • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
    • Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
    • görkəmli sərkərdəlik fəaliyyətinə görə;
    • respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.

3. «Şah İsmayıl» ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «İstiqlal» ordenindən sonra taxılır.


Azərbaycan Respublikasının 1998-ci il
6 fevral tarixli, 429-IQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

«Şah İsmayıl» ordeninin təsviri

«Şah İsmayıl» ordeni düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir.

Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir.

Arxa tərəfi hamar səthlidir, ortasında «Şah İsmayıl» yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.

Təltif dəstinə aşağıdakılar daxildir:

    • boyundan asmaq üçün 27 mm enində, qırmızı çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden;
    • paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə qırmızı çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden;
    • paltara bərkidilmək üçün elementi olan, qırmızı çalarlı, üzərində alov simvolu təsvir edilmiş, ölçüsü 27 mm x 9 mm olan qəlib.

© LegalActs LLC