Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında
Relizin Tarixi: 18.12.2015
Azərbaycanın Milli Qəhrəmanının
xüsusi fərqlənmə nişanını təsis etmək haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı «Qızıl Ulduz» medalı tə’sis edilsin.
2. «Qızıl Ulduz» medalının şəkli və təsviri təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY
Bakı şəhəri, 7 iyul 1992-ci il
№ 201
«Həyat» qəzetində dərc edilmişdir (31 iyul 1992-ci il, № 149) («LegalActs»).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 13, maddə 492)
6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli; 18 dekabr 2015-ci il tarixli, 65-VQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə («LegalActs»).
«Qızıl Ulduz» medalının
TƏSVİRİ
«Qızıl Ulduz» medalı üz tərəfində ikiüzlü hamar şüalar olan, 31,5 mm qabarit ölçülü səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanmışdır.
Arxa tərəfi hamar səthlidir, ortasında «Azərbaycanın Milli Qəhrəmanı» sözləri yazılmışdır. Yuxarı şüanın küncündə medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Medal ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə
ölçüsü 37 mm x 50 mm olan Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli
beşkünc xara lentə birləşdirilmişdir. Lentin
yuxarı kənarında qızıldan ensiz metal lövhə və paltara bərkidilmək üçün element vardır.
Medala paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən, ölçüsü 37 mm x 10 mm olan qəlib əlavə olunur. Qəlibin üzərində 5 mm ölçüdə, qızılı rəngli ay və ulduz təsvir olunmuş dairəvi element vardır.
© LegalActs