Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə


«Azərbaycan» qəzetində dərc edilmişdir (3 dekabr 2003-cü il, № 277) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, I kitab, maddə 679)

Relizin Tarixi: 20.10.2006

Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 7 noyabr 2003-cü il.

№ 515-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (3 dekabr 2003-cü il, № 277) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, I kitab, maddə 679) («LegalActs» LLC).

20 oktyabr 2006-cı il tarixli, 172-IIIQD nömrəli Qanuna əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).


AzərbaycanRespublikasının
2003-cü il 7 noyabr
tarixli Qanunu ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının

Əsasnaməsi

1. Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalı dövlət qulluqçularına aşağıdakılara görə verilir:

    • milli dövlət quruculuğu sahəsinə aid mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;
    • dövlət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə.

2. «Dövlət qulluğunda fərqlənməyə görə» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.


AzərbaycanRespublikasının
2003-cü il 7 noyabr
tarixli Qanunu ilə
təsdiq edilmişdir

«Dövlət qulluğunda fərqlənməyə görə» medalının təsviri

«Dövlət qulluğunda fərqlənməyə görə» medalı bürüncdəndir, diametri 35 mm olan milli ornamentlərlə naxışlanmış lövhə şəklində tərtib edilmişdir. İkinci səviyyədə lövhənin mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir. Gerbin ətrafı boyunca paylanan şüaların üstündə «Dövlət qulluğunda fərqlənməyə görə» sözləri yazılmışdır. Bütün yazılar və təsvirlər qabarıqdır.

Medalın arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan 27 mm x 47,5 mm ölçüdə sarımtıl-çəhrayı çalarlı beşbucaqlı xara lenti halqa və ilgək vasitəsi ilə birləşdirilir.

Medala paltara bərkidilmək üçün elementi olan, milli ornamentlə naxışlanan eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

0515-2q_1.gif (33749 bytes) 0515-2q_2.gif (15085 bytes)

© LegalActs LLC