MDB iştirakçı dövlətlərinin reklam fəaliyyətinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında
Relizin Tarixi: 17.12.2003
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. «MDB iştirakçı dövlətlərinin reklam fəaliyyətinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında» Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, MDB-nin İqtisadi Şurasının üzvü Abbas Aydın oğlu Abbasova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, MDB-nin İqtisadi Şurasının üzvü Abbas Aydın oğlu Abbasova verilməsi barədə MDB-nin İcraiyyə Komitəsinə müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 17 dekabr 2003-cü il
№ 37
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, II kitab, maddə 729) («LegalActs» LLC).
© LegalActs LLC